Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 04 Сентябрь 2012 08:13

DURNABALIĞI VƏ PİŞIK

İvan Andreyeviç Krılov

DURNABALIĞI VƏ PİŞIK

Tərcümə edəni Abdulla Şaiq

 

Hər sənətkar öz işinə getməlidir, nə gərək,

Çörəkçi çəkmə tiksin, çəkməçi yapsın çörək.

Dişli Durnabalığı dəyişdi niyyətini,

İstədi ki, işlətsin pişiyin sənətini.

Bilməm, onun bağrını həsəd oxu dəlmişdi?

Yoxsa, balıq yeməkdən artıq təngə gəlmişdi?

Nə isə, yalvardı о bir gün dostu Məstana,

Özü ilə aparsın onu siçan ovuna.

Məstan dedi: - Gəl, burax bu uğursuz niyyəti!

Sən bacara bilməzsən bu yabancı sənəti!

Yaxşı demişlər: hər iş qorxar öz ustasından!

Bu sözü təsdiq edər, şübhəsiz, bütün cahan.

-Yox, dostum! Ömrümdə mən görməmişəm siçanı.

Bıqdım balıq yeməkdən, göstər, о siçan һаnı?

Uğur olsun, eyləysə, arxama düş, gəl gedək!

Girdilər bir anbara, durub keşik çəkərək,

Neçə siçan ovladı, nəşə gəldi Məstana.

Bığlarını silərək yoluxdu öz dostuna,

Gördü Durnabalığı çapalayır yarımcan,

Quyruğunu gəmirmiş bir kəsəyən, ya siçan.

Hərəkətsiz düşmüş o, quru nəfəs var, ancaq,

Sürükləyib tez onu bir gölməyə ataraq

Dedi: - Durnabalığı, bu iş dərs olsun sana,

Ağlını yığ başına, çıxma siçan ovuna!

Прочитано 9355 раз