Nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verilib
Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bunu özəl olaraq Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Musiqi kollektivləri məşqlərə başladı
Oqtay Zülfüqarov-90
Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı ELS Müstəqil Araşdırmalar Mərkəzinin keçirəcəyi qala-konsertə hazırlıq işləri çərçivəsində tədbirdə iştirak edəcək musiqi kollektivləri məşqlərə başlayıb.
“Çiçəyim” Uşaq Tearının 22 yaşı qeyd olundu
Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gəncər İnkişaf Mərkəzinin “Çiçəyim” Uşaq Teatrı 22 yaşını qeyd etdi.
Qonaqları salamlayan 3 nömrəli Uşaq-Gəncər İnkişaf Mərkəzinin rəhbəri Lalə Qəti “Çiçəyim” uşaq teatrının 22 il fəaliyyətindəki uğurlarından danışaraq, gənc istedadların maraqlı və rəngarəng çıxışları ilə yadda qaldıqlarını vurğuladı, kollektivə gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzuladı.
Layihə yeni mərhələyə keçdi
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birlyi Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı keçirəcəyi qala-konsertə hazırlıq çərçivəsində səsyazma studiyasında mahnıların audio yazılarına başlayıb.
Layihənin işçi qrupu 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokalçıları, həmçinin layihəyə böyük həvəslə qatılan Oqtay Zülfüqarovun nəticələri ilə birgə qala-konsertdə səslənəcək bəzi mahnıların audio yazılarını həyata keçirib.
Bakı Mərkəzi Parkının 1-ci hissəsi bu ay istifadəyə veriləcək
Bakı Mərkəzi Parkının 1-ci hissəsi bu ilin mayında şəhər sakinlərinin istifadəsinə veriləcək. Trend-in məlumatına görə, bu barədə "SkyscraperCity Azerbaijan" səhifəsində qeyd olunub.
Parkın 1-ci hissəsi yerüstü piyada keçidləri və zolaqların biləşdirdiyi 6 hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq.
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
Dövlət İmtahan Mərkəzi bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılıb.