Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakinini ziyarət ediblər
Son 15 ildə əhalinin sayının 1,7 milyon nəfər artması ölkənin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib. Konsert atəşfəşanlıqla başa çatıb. Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.
Bakı bulvarı 110 yaşını qeyd edib
Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib. Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.
Nazirlik: Azərbaycanda 81 autizm sindromlu uşaq qeydiyyatdadır
Dünya əhalisinin təxminən 1 faizi, 70 milyon insan autizm sindromludur. Azərbaycanda autizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumatda belə deyilir.
Bakıda dahi şair Nəsimiyə həsr olunmuş sərgi açılıb
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi münasibətilə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan sərgi də “Nəsimi ili” çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.
Bu gündən doğulan uşaqlara 200 manat veriləcək
BugündənAzərbaycandauşağınanadanolmasınagörə sosialmüavinətinməbləği 200 manata çatdırılıb. Bu, prezident İlham Əliyevinəhalininsosialmüdafiəsiningücləndirilməsisahəsində əlavə tədbirlərhaqqındaimzaladığı Sərəncamdaqeydolunub.
Belə ki, prezidentin 25 fevral 2019-cuildə imzaladığı sərəncambugündənetibarənqüvvəyə minir.
Qeydedəkki, buməbləğ bundanəvvəl 109 manattəşkiledirdi.