Birinci vitse-prezident Mehriban Əliyeva körpələr evi-uşaq bağçalarının açılışlarında və balacaların şənliyində iştirak edib
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.
Minskdə Azərbaycan günü keçirilib
Minskdə II Avropa Oyunları çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyilə “Azərbaycan Günü” təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.
ELS Müstəqil Araşdırmalar Mərkəzi Oqtay Zülfüqarov ailəsinə təşəkkür edir
ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyi ilə əlaqədar iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil etdiyi “Şənlən, mənim xalqım” adlı qala-konsertin təşkili və keçirilməsində fəal iştirakına görə Zülfüqarovlar ailəsinə təşəkkür edir!
Qeyd edək ki, qala-konsert Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçirilib.
ELS Müstəqil Araşdırmalar Mərkəzi Respublika İncəsənət Gimnaziyasının musiqi kollektivinə təşəkkür edir
ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyi ilə əlaqədar iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil etdiyi “Şənlən, mənim xalqım” adlı qala-konsertdə çıxış edən Aytən Əhmədovanın rəhbərlik etdiyi Respublika İncəsənət Gimnaziyasının musiqi kollektivinə təşəkkür edir.
Qeyd edək ki, qala-konsert Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçirilib.