Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.
Layihəmiz davam edir
ELS Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinə hazırlıq işləri uğurla davam edir.
ELS Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəyə start verdi
Mayın 1-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birlyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsinə start verdi.
Bu il sosial xidmət müəssisələrindən 7 uşaq yenidən doğma ailələrinə qayıdıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində hazırda 345 uşaq daimi dövlət təminatında yaşayır.
Dövlət Komitəsindən dinin ali məktəblərdə məcburi tədrisi ilə bağlı məlumatlara münasibət
Yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq. Əslində bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması ilə bağlı keçirilmiş tədbirdə Komitə sədri Mübariz Qurbanlının söylədiyi fikirləri şərh edərkən bildirilib.
İbtidai sinflərin şagirdləri üçün təti başlayır
Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün müəyyən etdiyi qrafikə əsasən ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, 1-5 may tarixlərində 5 günlük əlavə yaz tətili olacaq. Həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq.