Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 15 May 2019 15:02

“Çiçəyim” Uşaq Tearının 22 yaşı qeyd olundu

Resize of esasMayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gəncər İnkişaf Mərkəzinin “Çiçəyim” Uşaq Teatrı 22 yaşını qeyd etdi.

Qonaqları salamlayan 3 nömrəli Uşaq-Gəncər İnkişaf Mərkəzinin rəhbəri Lalə Qəti “Çiçəyim” uşaq teatrının 22 il fəaliyyətindəki uğurlarından danışaraq, gənc istedadların maraqlı və rəngarəng çıxışları ilə yadda qaldıqlarını vurğuladı, kollektivə gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzuladı.

FOTOQALEREYA

 

“Nağıldan nağıla” adlı tədbirdə çıxış edən “Çiçəyim” uşaq teatrının gənc aktyorları tamaşaçılara Azərbaycan və dünya uşaq nağıllarından parçalar, rəqslər, mahnılar, pantomim kompozisiyalar və geyim kolleksiyası təqdim etdilər. Nağıl qəhrəmanlarının obrazlarını ustalıqla ifa edən uşaqların peşəkar aktyorlarla birgə çıxışları konsert proqramını daha rəngarəng və maraqlı etdi.  

Qeyd edək ki, Lalə Qətinin rəhbərlik etdiyi 3 nömrəli Uşaq-Gəncər İnkişaf Mərkəzi nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da ölkəni layiqincə təmsil edir.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Kukla Teatrı, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Heydər Əliyev Fondu və digər strukturların nümayəndələri iştirak edirdi.

Oxunub 1411 dəfə