Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 20 May 2019 15:03

Nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verilib

derslikler yeni Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bunu özəl olaraq Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, hazırda dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün iş aparılır. İ.Həbibbəyli keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ kağızlardan istifadə edildiyini söyləyib: "Adətən, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin".

İ.Həbibbəyli qeyd edib ki, hazırda dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlandığından, 4 il istifadə edilmək üçün nəzərdə tutulur. Amma təklif edilən yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan sərfəli olmaz:

"Dərsliklərin çapı üçün təklif edilən kağızların dözümü azdır. Onlar dərslik çapı üçün tam yararlı deyillər. Bədii kitabların çap olunduğu kağızlar da dərslik üçün yararlı deyil. Ona görə də dərsliklərin çəkisini yüngülləşdirmək üçün variantlar axtarılır. Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara tapşırıq verilib ki, davamlılığı qorumaq şərtilə dərsliklərin çapı üçün mümkün optimal yollar müəyyən edilsin".

İ.Həbibbəyli Milli Məclisin deputatı Aydın Mirzəzadənin məktəb çantalarının yüngülləşdirilməsi məqsədilə dərsliklərin tədris ili üzrə deyil, rüb üzrə hazırlanması barədə səsləndirdiyi təklifi də iqtisadi baxımdan əlverişli saymayıb.

Oxunub 1651 dəfə