Qax rayonunda zəlzələdən sonra yeni inşa edilən orta məktəbin açılışı olub
Qax rayonunun Ləkid kəndində ötən ilin may ayında baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşən orta məktəbin açılışı olub. APA-nın xəbərinə görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.
Məktəb binası zəlzələdən sonra qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilib. 420 şagird yerlik orta məktəb binasının açılışında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyib ki, zəlzələ baş verəndən bəri Qax camaatı daim dövlət qayğısını öz üzərində hiss edib. Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal tikinti işlərinə başlanıb və rayonda qısa zamanda xeyli sayda yaşayış evi və orta məktəb binaları tikilərək təhvil verilib.
Mehriban Əliyeva Bakıdakı iki körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub
Aprelin 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub.
Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış olub. Məlumat verilib ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu cür təmir işləri aparılmayıb.
MTRŞ sədri :“Gələcəkdə Azərbaycanda hər bir telekanalın üzərinə cizgi filmlərinin çəkilişi ilə bağlı məsuliyyət qoyulacaq”
“Milli Televiziya və Radio Şurasında (MTRŞ) cizgi filmlərinə maliyyə yardımın ayrılması ilə əlaqədar müzakirələr aparılacaq”. Bu açıqlamanı APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, uşaq filmləri və cizgi filmləri ilə əlaqədar məsələ rəhbərlik etdiyi qurumun ən ağrılı yerlərindən biridir:
Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazma nümunələri Gəncəyə gətirilir
Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür. APA-nın məlumatına görə, tədbirlərdə qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir.
Bu yaxınlarda şairənin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanan miniatür, illüstrasiya və rübailəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə əldə olunub.
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar
Milli Məclisin Sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verərək bildirib ki, sənəd Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olub.
Azərbaycanda yeni doğulan oğlan və qızların statistikası açıqlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız uşağı düşməlidir. Azərbaycanda isə hər 112 oğlana 100 qız uşağı düşür. Bu da demoqrafik problem olaraq meydana çıxır.
Səhiyyə Nazirliyi abortlar nəticəsində son iki ildə Azərbaycanda ölən olmadığını bəyan etsə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Abortların müxtəlif səbəbləri var. Bəzi qadınlar ailə planlaşmalarında ikinci , üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi şəraitinin, evin olmamasını, işsiz olduqlarını göstərirlər.