Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 11 Aprel 2013 06:34

Mehriban Əliyeva Bakıdakı iki körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub

Ushaq BaxcasiAprelin 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub.

Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış olub. Məlumat verilib ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu cür təmir işləri aparılmayıb.

Qeyd edilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılıb. Bağçada 2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul olur.

Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və idman zalı, mətbəx tamamilə yenilənib. Otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidentinin adından bağçaya mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.

Daha sonra Heydər Əliyev Fondunun prezidenti 77 nömrəli körpələr evi-uşaq bağçasına gəlib. Bu məktəbəqədər təhsil müəssisəsi də əsaslı təmirdən sonra öz qapılarını balacaların üzünə açıb.

Müəssisənin əvvəlki vəziyyətinin əks etdirən fotolara baxan Mehriban Əliyevaya məlumat verilib ki, bu bina 1963-cü ildə inşa olunub, ötən illər ərzində tam yararsız vəziyyətə düşüb. Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən burada aparılan yenidənqurma işlərindən sonra bağça yeni və müasir görkəm alıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verilib ki, ikimərtəbəli binada 5 qrup, 5 yataq, həkim otaqları, musiqi və idman zalları, mətbəx yenilənib. Burada 2-6 yaş arası 95 uşaq tərbiyə alır. Balacaların təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər məşğul olur. Bu məktəbəqədər təhsil ocağına da bütün avadanlıq Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub.

Mehriban Əliyeva hər iki bağçada yaradılmış şəraitdən razılığını bildirib.

Oxunub 1998 dəfə