Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 07 Mart 2013 17:18

Əziz xanımlar!

8mart tebriki

ELS” Müstəqil Araşdırmalar Mərkəzi sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayır. 

Azərbaycan qadını hər zaman parlaq həyat mövqeyi və yüksək fəallığı ilə seçilib. Bu gün də cəmiyyətimizin müasir simasının formalaşmasında Azərbaycan qadınının ictimai yeri və rolu danılmazdır. Yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirən qadınlarımız istər siyasət, istər iqtisadiyyat, elm, təhsil, biznes, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar qazanır, dövlətin rifahı üçün çalışırlar. Cəmiyyətdə sülh və əminamanlığı qoruyan, ailədə övladlarının tərbiyyəsi ilə məşqul olan Azərbaycan qadını həyatın ən gözəl nemətlərinə layiqdir. 

Əziz xanımlar!

Arzu edərdik ki, bahar təbəssümü üzünüzdən əskik olmasın! Bayramınız mübarək!

ushaq bagcalarAzərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir: “Lakin martın 17-si bazar gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri martın 15-dən, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri isə martın 16-dan yaz tətilinə çıxırlar. Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar orta məktəblərdə dərslər martın 27-də başlayacaq”.

Mekteb2007-2012-ci illər ərzində Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə müxtəlif cinayət əməlləri və hüquq pozuntuları törətmiş 290-dan çox uşaq cəlb edilib. Mərkəzdən APA-ya verilən xəbərə görə, mərkəzə cəlb olunanlar 10-18 yaş arası az ağır və bəzi ağır cinayətlər, inzibati xətalar törətmiş, ictimai qaydalara zidd davranışa yol vermiş uşaqları əhatə edir. Həmin uşaqlar və onların ailələri ilə 4-6 ay müddətində psixoloji, sosial, pedaqoji iş həyata keçirilib və tam reabilitasiya olunublar. Mərkəzə cəlb olunan uşaqların peşə təhsilinə istiqamətləndirmə həyata keçirilib, onlardan bir çoxu peşə məktəblərində təhsilini davam etdirir.

qaynar xettBu gün Sabunçu rayon Əhalinin Müdafiə Mərkəzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasının 3 illiyi qeyd olunub. APA-nın xəbərinə görə, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman aparatı), Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlardan olan nümayəndələrin iştirak etdiyi tədbirdə xidmətin fəaliyyət göstərdiyi müddət ərzində gördüyü işlər və gələcək planlar müzakirə olunub.

TebessumAzərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının «Təbəssüm» rəqs kollektivi aprelin 14-də Türkiyəyə yola düşəcək. Teatrdan APA-ya verilən məlumata görə, TRT-nin xətti ilə 35-ci dəfə düzənlənən Beynəlxalq Uşaq Festivalında bu dəfə Azərbaycanı Musiqili Komediya Teatrının ən balaca artistləri - Yaradıcılıq Studiyasının üzvləri təmsil edəcəklər.

Usaq kucedeAzərbaycanda uşaq baxımsızlığının aradan qaldırılması üzrə effektiv tədbirlərin görülməsi küçə uşaqları ilə bağlı vəziyyətin mütəmadi təhlilinin aparılmasını tələb edir. APA-nın xəbərinə görə, bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqı ilə birgə TAİEX layihəsi çərçivəsində fevralın 5-dən 7-nə kimi Böyük Britaniyadan dəvət olunmuş ekspert Pat Armstronqun iştirakı ilə tədqiqat aparıb.

77 -dən səhifə 107