Gələn il keçiriləcək imtahanlar açıqlanıb
2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub.Mərkəzdən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.
Bakı bulvarında yeniliklər: "Qar adamı", xizəkli maral və daha nələr...
Dənizkənarı Milli Parkda Yeni il hazırlıqları artıq yekunlaşmaq üzrədir. Bunu Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib.Onun sözlərinə görə, bayram günlərində İdarə paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək:
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri üçün növbəti şənlik proqramı təşkil edib.Xətai rayonundakı idman-əyləncə park kompleksində təşkil olunan budəfəki əyləncə Yeni il bayramı ərəfəsinə təsadüf edib. Uşaqlar dostları ilə birlikdə parkda quraşdırılan Yeni il yolkası ətrafında, fayton, avtobus, qatar və digər attraksionlarda maraqlı gün keçiriblər, müxtəlif yarışlarda iştirak ediblər.
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 14-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar.
Orta təhsilini bitirə bilməyənlər üçün eksternat imtahanları keçiriləcək
Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib
Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəllimi iştirak edib.