Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Понедельник, 08 Декабрь 2014 15:15

UNİCEF: 2014-cü il uşaqlar üçün çətin il olub

Unicef-logo2014-cü ildə öz evlərini tərk edənlər də daxil olmaqla, 15 milyon uşaq Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Fələstin, Suriya və Ukraynadakı münaqişələrdən zərər çəkib və hazırda 230 milyon uşaq silahlı münaqişələrin davam etdiyi ərazilərdə yaşayır. APA-nın UNİCEF-in saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın hesabatında deyilir. 

Hesabatda bildirilir ki, 2014-cü ildə yüzlərlə uşaq məktəbə gedərkən və ya məktəbdə olarkən girov götürülüb, on minlərlə uşaq silahlı qruplaşmalara cəlb edilərək onlardan döyüşlərdə istifadə olunub. Mərkəzi Afrika Respublikasında 2,3 milyon uşaq  münaqişənin ağır təsirinə məruz qalıb, 10 mindən çox uşaq silahlı qruplaşmalara cəlb olunub, 430-dan çox uşaq döyüşlərdə həyatını itirib və şikəst olub, bu isə 2013-cü illə müqayisədə 3 dəfə çoxdur.

Bu ilin yayında Qəzzada gedən döyüşlər zamanı 54000 uşaq evsiz qalıb, 538 uşaq həyatını itirib, 3370 uşaq yaralanıb.

Suriyadakı döyüşlər zamanı 7,3 milyon uşaq zərər çəkib ki, bunların da 1,7 milyonu qaçqın vəziyyətində yaşayır. Bu ilin ilk 9 ayı ərzində Suriyada məktəblərə edilən hücumlarda 105 uşaq ölüb, 300 uşaq yaralanıb. İraqdakı döyüşlərdə isə 2,7 milyon uşaq zərər çəkib, bu il ərzində İraqda 700 uşaq döyüşlər zamanı həyatını itirib, bunlar arasında edam olunanlar da var.

Cənubi Sudanda təxminən 235 min uşaq aclıqdan əziyyət çəkir. 320 mindən çox uşaq qaçqın kimi yaşayır. İl ərzində ölkə daxilindəki silahlı qruplaşmalar arasında gedən döyüşlərdə 600-dən çox uşaq həlak olub, 200-ü şikəst qalıb. 12 min uşaq isə indi də silahlı qruplar tərəfindən istifadə olunur.

UNİCEF-in icraçı direktoru Antoni Leyk Əfqanıstan, Konqo, Nigeriya, Pakistan, Somali, Sudan və Yəmən Demokratik Respublikasında da vəziyyətin ağır olduğunu bildirib. 

Прочитано 1790 раз