ANONS! Mayın 13-ü ELS İctimai Televiziyanın efirində
ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu ətrafında “Açıq dərs” verilişinin çəkilişləri artıq başa çatmışdır. Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Əliyev Etibar Qasım oğlu və studiyanın qonaqları, o cümlədən ümumtəhsil məktəblərinin səlahiyyətli nümayəndələri, müəllimlər, valideynlər və QHT sektorunun rəhbərlərinin iştirak etdiyi proqram mayın 13-də axşam saat 19:00-da İctimai Televiziyanın efirində yayımlanacaq.
ANONS! Mayın 6-sı ELS İctimai Televiziyanın efirində
Mayın 6-da "ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Mənəvi sərvətimizi necə qoruyaq?” mövzusu ətrafında “Açıq dərs” verilişinin ikinci efiri yayımlanacaq. Ekspertlər "ELS" Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr olmuşdur.
Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini qaçırmayın!
“ELS”-in ilk verilişi ictimai müzakirələrlə yadda qaldı
Aprelin 29-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişinin ilk efiri olub. “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı” mövzusu ətrafında studiyanın ekspertləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil nazirliyinin təmsilçisi Elçin Sərdarov, İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktoru Zaur Mahmudov və QHT sektorunun nümayəndələri ilə birgə aktual və maraqlı müzakirələr keçirilib.
Hər çərşənbə günü axşam saat 19:00 efirə gedəcək növbəti 5 verilişdə də cəmiyyəti narahat edən aktual məsələlərdən söhbət gedəcək.
ELS-in layihəsi çərçivəsində İTV-də “Açıq dərs” verilişlərinin çəkilişləri başlanıb
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişlərinin çəkilişlərinə başlamışdır. 6 buraxılışdan ibarət silisilə verilişlərin hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara həsr olunmuşdur. Hər bir mövzuya müvafiq müzakirə iştirakçılarının seçimi və dəvəti prosesi artıq başa çatmışdır.
“Günay” Uşaq Teatrı tamaşaçılarını sevindirməyə davam edir
Martın 19-da “Günay” Uşaq Teatrının gənc aktyorları Rəşid Behbudov adına Mahnı Teatrında “Arşın mal alan” hesabat tamaşası ilə çıxış ediblər. Bu, uşaqların Belorusda “Şaqi” (“Addımlar”) III Minsk Beynəlxalq Uşaq Teatr Forumunda müvəffəqiyyətli çıxışı və müxtəlif nominasiyalarda Azərbaycana 3 diplomla qayıdışından sonra baş verib.
Görüşü giriş sözü ilə açan Teatrın əvəzsiz rəhbəri Larisa Tarusova beynəlxalq müsabiqələrdə əldə etdikləru uğurlardan, o cümlədən Rusiya, Belorus, Polşa, Bolqarıstan, Macarıstan, Türkiyə, Fransadan hər dəfə Vətənə mükafatlarla döndiklərini vurğulayıb.