Zərifə Əliyeva adına liseydə “Mərhəmətə gedən yol” adlı xeyriyyə aksiyası keçiriləcək
Zərifə Əliyeva adına liseydə “Sağlam həyat” aksiyası silsiləsindən 2-ci tədbir keçiriləcək. APA-nın məlumatına görə, aprelin 28-də saat 11-də başlayacaq tədbir “Mərhəmətə gedən yol” adlanır. Uşaqlar çəkdikləri rəsmləri, fotoları, əl işlərini və digər əşyaları liseydə təşkil olunacaq yarmarkada satışa çıxaracaqlar. Satışdan yığılan pullar Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, 4a ünvanında yaşayan, 4 yaşlı Əlibəbir Elsən oğlu Tahirlinin xaricdə əməliyyat olunmasına sərf ediləcək.
Azərbaycanlı uşaqlar beynəlxalq festival-müsabiqədə uğur qazanıblar
RusiyaFederasiyasınınYekaterinburq şəhərində “Yerbizim ümumievimizdir” adlı XIVBeynəlxalqUşaqMusiqiYaradıcılığı Festivalı keçirilib. FestivaldaAzərbaycanı Bakı şəhərVaqifMustafazadə adına 2 nömrəliUşaq İncəsənətMəktəbinin “Aysel” uşaqrəqskollektivitəmsiledib. Mədəniyyətvə TurizmNazirliyininmətbuatxidmətindənAPA-yaverilənməlumatagörə, 10 ölkənin (Rusiya, Azərbaycan, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan, Qırğızıstan) təmsilolunduğuvə 1000 nəfərə yaxıniştirakçısı olanfestival çərçivəsində “xoreoqrafiya”, “xoroxuma” ,“instrumentalmusiqi” və “folklorsənəti” nominasiyaları üzrə müsabiqə keçirilib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident İlham Əliyevə müraciət edib
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi uşaq və yeniyetmələrin formalaşmasında televiziyanın geniş imkanlarından səmərəli istifadə etmək məqsədi ilə bir sıra təkliflərlə Prezident İlham Əliyevə müraciət göndərib.
Müraciətdə bu gün uşaq və yeniyetmələrin mədəni-mənəvi tərbiyələndirilməsinə, dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına, cəmiyyətdə ünsiyyətqurma və davranış qaydalarının bir sistem kimi yaranmasına televiziyanın güclü təsir göstərdiyi bildirilir və son araşdırmalara görə heç də qənaətbəxş olmayan bu sahənin dirçəlməsinin yalnız dövlət dəstəyindən asılı olduğu vurğulanır.
Şagirdlər arasında vətənpərvərlik mövzusunda ifa üzrə müsabiqə keçiriləcək
Ümumi təhsil məktəblərinin şagirdləri arasında 28 May - Respublika Günü münasibətilə vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının müstəqillik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, istedadlı uşaqların ifaçılıq qabiliyyətinin inkişafına dəstək verməkdən ibarətdir.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi uşaqlar üçün rəsm müsabiqəsi keçirir
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi “Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsi keçirir. APA-nın xəbərinə görə, müsabiqə Avropa Günü münasibətilə təşkil olunub. Müsabiqədə 5 yaşından 14 yaşına qədər uşaqlar iştirak edə bilər. Rəsmlər mayın 8-nə qədər Bakı Müasir İncəsənət Qalereyasına təqdim olunmalıdır. Qaliblər iki yaş kateqoriyası (5-9, 10-14) üzrə seçiləcək.
“Bizim irsimiz” adlı konsert proqramı anşlaqla keçdi
Aprelin 21-də Heydər Əliyev Sarayında Ç.F.Mustafayev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi tamaşaçıları qarşısında “Bizim irsimiz” adlı hesabat konserti ilə çıxış etdi. Anşlaqla keçən konsertdə məktəbdənkənar müəssisənin mahnı və rəqs kollektivləri, xalq çalğı alətləri ansamblı və bədii qiraət dərnəyinin üzvləri səhnədə istedadlarını nümayiş etdirdilər. Bayatılar, tapmacalar, yanıltmacılar kimi xalq yaradıcılığının incilərini səsləndirən gənc istedadlar hələ uzun müddət tamaşaçıların yaddaşlarından silinməyəcəklər.
Qeyd edək ki, 1970-ci ildə Nəsimi rayonu Pioner və Məktəblilər Evi kimi təsis edilmiş məktəbdənkənar müəssisə 1992-ci ildən Milli Qəhrəman, telereportyor Çingiz Mustafayev adını daşıyır.