“ELS” Müstəqil Araşdırma Mərkəzi “Mən böyümüşəm” verilişinin qonağı oldu
Aprelin 15-də “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova hər bazar “Space” telekanalının canlı efirində yayımlanan “Mən böyümüşəm” uşaq verilişinin qonağı olub. Ətraf mühitin təmizlənməsinə həsr olunmuş buraxılışda İ.Yaqubova uşaqlara ətraf mühitlə bağlı zəruri biliklər, təhlükəsizliklərini təmin edəcək məsləhətlər və mövzuyla bağlı ədəbiyyat oxumağı məsləhət verib.
Qeyd edək ki, hər bazar Space-in canlı efirində yayımlanan “Mən böyümüşəm” uşaq verilişində aktual mövzular müzakirə olunur.
«Vergilər uşaqların gözü ilə» adlı rəsm müsabiqəsi keçiriləcək
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının dəstəyi ilə «Vergilər uşaqların gözü ilə» adlı onuncu rəsm müsabiqəsi keçiriləcək. “APA-ECONOMICS”in məlumatına görə, gənc nəslin vergi haqqında anlayış və biliklərini artırmaq, gələcəyin potensial vergi ödəyicilərinə vergi mədəniyyəti aşılamaq istiqamətində hər il təşkil olunan bu sərgilərdə məqsəd vergi haqqında biliklərin uşaqların başa düşə biləcəyi formada onlara çatdırılmasından ibarətdir.
“ELS” Müstəqil Araşdırma Mərkəzi həyacan təbili çalır
Uşaq verilişləri ilə bağlı ölkə teleməkanında müşahidə olunan vəziyyət heç də ürəkaçan deyil
Aprelin 11-də “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Azərbaycan efir məkanının gənc nəslin formalaşmasına təsiri: problemlər, risklər və həlli yolları” adlı dəyirmi masa keçirib. Tədbirdə, dövlət qurumları, ictimaiyyət və KİV təmsilçiləri ilə yanaşı İTV, LİDER, SPACE, ANS, Dünya TV-nin səlahiyyətli şəxsləri də iştirak edib. ELS-in rəhbəri İradə Yaqubova 2012-ci ilin 16 yanvar tarixindən başlayaraq bir ay müddətində ölkə efir məkanının uşaq və gənclər proqlamlarının monitorinqinin aparıldığını və bir il əvvəl, 2011-ci ilin yanvar-fevral ayında aparılmış araşdırmanın nəticələri ilə müqayisə olunduğunu bildirib.
Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzi tamaşaçılarını Heydər Əliyev Sarayında konsert proqramı ilə sevindirdi
Aprelin 10-da Heydər Əliyev Sarayında Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin hesabat konserti keçirildi. Konsertdən əvvəl nümayiş olunan Mərkəzin fəaliyyəti haqqında filmdə uşaqların asudə vaxtlarının necə keçirdikləri, qazandıqları uğurlar və gündəlik fəaliyyətləri göstərildi.
“Bizim uşaq dünyamız” adlı konsert proqramı Heydər Əliyev Sarayında
Aprelin 10-da Heydər Əliyev Sarayında Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin konserti keçiriləcək. Bu barədə educult.az Uşaq Portalına sözügedən təşkilatın rəhbəri Lalə Qəti bildirib.
Onu sözlərinə görə, tədbirdə dərnəyin 1700 üzvündən 200-ü çıxış edəcək: “Hazırda konsert üçün davamlı məşqlər gedir. Bu, bizim hesabat xarakterli konsertimizdir”. Konsertdən əvvəl mərkəz haqqında filmin nümayiş etdiriləcəyini deyən Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru aprelin 10-da keçiriləcək “Bizim uşaq dünyamız” adlanan konsert proqramında “Azəri inciləri” mahnı və rəqs kollektivi, milli rəqs, bal rəqsləri qrupu, mahnı teatrı, vokal qrupu, uşaq teatr qrupu və gimnastlar qrupu, xalq çalğı alətləri ansamblı, nağaraçalanlar və sazçalanlar qrupunun səhnəyə çıxacağını vurğulayıb.
Qeyd edək ki, konsert saat 15-00-da başlayacaq. Artıq satışa çıxarılan biletlərin qiyməti 5-10 AZN-dir.
Uşaqlardan “Biz dünyada sülh istəyirik” çağırışı
“Qafqaz” Azərbaycan - Türkiyə Özəl Gimnaziyasında məktəbəqədər uşaqların “My lovely English” adlı proqramı təşkil olunub. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə uşaqlar ingilis dilində çıxışlar edib, mahnılar səsləndirib, maraqlı səhnəciklər və rəqslər nümayiş etdiriblər. Balacalar ingilis dilində səhnələşdirilmiş cizgi film qəhrəmanlarını da tamaşaçılara təqdim ediblər.