İncəsənət Gimnaziyasının şagirdləri Cəfər Cabbarlının xatirəsini yad edəcəklər
Aprelin 23-də Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müasir dramaturgiyamızın banisi Cəfər Cabbarlının 113 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.
Məlumatı yayan AzərTac görkəmli dramaturqun xatirəsini yad etmək məqsədilə keçiriləcək tədbirdə İncəsənət Gimnaziyasının şagirdlərinin ədibin yaradıcılığından nümunələr səsləndirəcəklərini xəbər verir. Ədəbi-bədii gecədə ədəbiyyat və teatr xadimləri, musiqişünaslar və ictimaiyyət nümayəndələri iştirak edəcək.
İncəsənət Gimnaziyasında rəsm sərgisi keçirildi
Aprelin 20-də Milli Konservatoriyanın nəzdindəki Respublika İncəsənət Gimnaziyasının Təsviri və Tətbiqi Sənət Şöbəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş rəsm sərgisi və geyim nümayişi təşkil etmişdir.
İncəsənət Gimnaziyasının akt zalında keçirilən tədbirdə Azərbaycanın incəsənət xadimləri, dövlət qurumlarının təmsilçiləri, xarici qonaqlar və KİV nümayəndələri iştirak etmişdir.
“Zambaq”da balaca rəssamların sərgisi açılıb
Aprelin 20-də Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının “Zambaq” Uşaq Bağçasında uşaqların əl işlərindən ibarət sərgi açılıb. Lent.az-ın məlumatına görə, sərgidə balacaların çəkdikləri rəsmlər, əl işləri, fantaziyaları hesabına müəllimlərinin köməyi ilə hazırladıqları müxtəlif kompozisiyalar nümayiş olunub.
Sərgini balacaların valideynləri ilə yanaşı Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsinin rəhbəri Məsut Kurnaz, Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Sərhat Aktaş da izləyiblər. Müəssisənin rəhbəri Sərdar Çelik bildirib ki, onların bu tipli tədbirləri ənənə halını alıb: “Biz balacaların istedadlarını üzə çıxarmaq üçün mütəmadi olaraq belə sərgilər, musiqi gecələri, yarışmalar təşkil edirik. Böyüklərin belə tədbirlərdə iştirakı, onlara dəstək olması balacaları həvəsləndirir”.
UNİSEFa-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Həyat üçün faydalı faktlar” kitabının təqdimatı keçirilib
UNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Həyat üçün faydalı faktlar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, hər il dünyada 9 milyon uşaq 1 yaşına çatmadan profilaktikası və müalicəsi mümkün olan xəstəliklərdən dünyasını dəyişir. Azərbaycanda hər gün 5-dən 10-dək uşaq vəfat edir, hər milyon uşağın dörddə biri anemiyadan əziyyət çəkir. “Həyat üçün faydalı faktlar” toplusu uşaqların həyatını müdafiə etmək, yaxşılaşdırmaq və xilas etmək üçün fərdləri biliklər ilə təmin edir”, - deyə M. Herevard bildirib.
Prezident Ilham Əliyev: “Biz sağlam həyat tərzini təbliğ edirik”
“Bizim televiziyaların, demək olar ki, hamısı indi mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıb. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir”.
“Biz zorakılığa yox deyirik!” mövzusunda tədbir keçirilib
Paytaxtın Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində Avropa Şurası tərəfindən “Uşaqlara qarşı zorakılıq” proqramı çərçivəsində “Biz zorakılığa yox deyirik!” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə rayon rəhbərliyi, pedaqoji ictimaiyyətin nümayəndələri, millət vəkilləri, Avropa Şurası baş katibliyinin Azərbaycandakı xüsusi nümayəndəsi, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, Bakı şəhər Baş Polis İdarəsinin təmsilçiləri, şagirdlər iştirak edib.