“ELS” ATV telekanalının canlı efirində
Mayın 22-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ATV kanalında “Gün keçir” verilişinin qonağı olub. Canlı efirdə Azərbaycanda uşaqlar üçün yaradılmış imkanlardan söhbət açan İ.Yaqubova www.educult.az ünvanında yerləşən Azərbaycanın ilk Uşaq İnternet Portalı haqqında ətraflı məlumat verib
Gəncə və Göygöldə «Uşaq hüquqları üzrə Pilləli tədris layihəsi»nə yekun vurulub
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Gəncə və Göygöldə həyata keçirilən «Uşaq hüquqları üzrə Pilləli tədris layihəsi»nə yekun vurulub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qərb bölgəsinə səfəri zamanı Müvəkkil “Uşaq hüquqları üzrə pilləli tədris layihəsi”ndə iştirak etmiş Gəncə və Göygöl məktəblərində olub.
Heydər Əliyev Fondu “Eurovision-2012” mahnı müsabiqəsinin finalına Ekaterinburqdan əlil qızları dəvət edib
Heydər Əliyev Fondu “Eurovision-2012” mahnı müsabiqəsinin finalına Ekaterinburqdan Bakıya iki əlil qızı - Kseniya Kamenskaya və Svetlana Duşkinanı dəvət edib. Qubernatorun informasiya departamentindən bildiriblər ki, Ural uşaqları Heydər Əliyev Fondunun təşkil etdiyi Beynəlxalq müsabiqənin Rusiayadan olan qalibləridir.
“Müsabiqə komissiyasının fikrincə, Azərbaycan haqqında ən yaxşı inşanı məhz Ural uşaqları yazıb. İndi onlar valideynləri ilə Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin finalına gedəcəklər” - deyə, Departamentdən vurğulayıblar.
Mİlli Televiziya və Radio Şurası ölkədə Uşaq Televiyasının açılmasına bu gün zərurət görmür?!
Halbuki gənc nəslin əxlaqi-mədəni tərbiyələndirilməsinə ən böyük zərbəni elə milli telekanallarımızın yayımladığı verilişlər vurur
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində ölkədə uşaq televiziyasının açılmasının mümkün olub-olmamasına münasibət bildirib: “Gələcəkdə zərurət yaranacaqsa, biz bunu edəcəyik. Son 5 ildə Azərbaycanda 4 ümumrespublika yayımçısı olan kanal açılıb. Bu, kiçik rəqəm deyil. Biz istərdik ölkədə uşaq televiziyası da olsun. Amma bunun üçün yetərincə imkan varmı? İndi o potensial yoxdur. Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik. Amma biz tender elan edib uşaq televiziyasını adi bir həvəskara verə bilmərik. Bu, çox ciddi məsələdir. Biz gərək buna hazırlıqlı olaq”.
Milli Televiziya və Radio Şurası cizgi filmlərinin çəkilişinə maliyyə ayrılması üçün prezidentə müraciət edəcək
Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ölkədə milli cizgi filmlərinin çəkilməsinin stimullaşdırılmasına böyük ehtiyac yaranıb: “Uşaqlarla bağlı bizim hansı verilişlərimiz, cizgi filmlərimiz var? Telekanallarda yayımlanan əksər cizgi filmləri xarici cizgi filmləridir. Halbuki Azərbaycanın eposları əsasında çoxsaylı cizgi filmləri yaradıla bilər. “Dədə Qorqud”dan tutmuş “Koroğlu” dastanına qədər gözəl cizgi filmləri çəkmək olar və uşaqlar o ruhda böyüyər”.
“Təbəssüm” Uşaq Musiqili Teatrının konserti anşlaqla keçdi
Gənc istedadlar Türkiyədə keçiriləcək 10-cu Türk Festivalına qatılacaqlar
Mayın 17-də “Təbəssüm” Uşaq Musiqili Teatrı Gənc Tamaşaçılar Teatrında 12 illik fəaliyyətinə dair hesabat xarakterli konsert proqramı ilə çıxış etdi. Teatrın rəqs və vokal qrupları 40 nomrə, o cümlədən Azərbaycan və dünya xalqlarının mahnı və milli rəqslərini nümayiş etdirdi. Anşlaqla keçən konsertin sonunda gənc istedadlara Şuşa Mədəniyyət Şöbəsininn diplomları təqdim olundu.Qeyd edək ki, mayın 20-də Türkiyədə 10-cu Türk Festivalına qatılacaq 140 ölkədən biri də Azərbaycandır ki, onu da “Təbəssüm” Uşaq Teatrı təmsil edəcək. Bir ay ərzində davam edəcək festival zamanı 20 nəfərlik heyət Azərbaycan milli rəqsləri ilə yanaşı türk rəqslərini də ifa edəcək.