Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Mecburi kochkun_ushaq_komiteleri_konfransBakıda Danimarka Qaçqınlar Şurası, “Həyat” beynəlxalq humanitar təşkilatı və Gənc Hüquqşünaslar Birliyi məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlığın perspektivlərinə həsr olunmuş konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə müxtəlif QHT-lərin, hökumət strukturlarının nümayəndələri, deputatlar iştirak edib.

Danimarka Qaçqınlar Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Boyan Kolundziya rəhbərlik etdiyi təşkilatın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanın paytaxtında və regionlarda bir sıra layihələr həyata keçirdiklərini bildirib.

Agabaci Rizayev_100ilİyunun 8-də Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan, Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət göndərilib.

 

Prezidentə müraciət iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada ölkənin tanınmış incəsənət xadimləri tərəfindən qəbul olunmuşdur.

 

Müraciətdə deyilir ki, 2012-ci ildə anadan olmasının 100 ili tamam olan Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, dahi Üzeyir Hacıbəyovun ilk qadın tələbəsi, əməkdar incəsənət xadimi Ağabacı Rzayeva həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Zəngin yaradıcılığında klassik və müasir şairlərimizin, aşıqların, o cümlədən, Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, N.Rəfibəyli, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz və başqalarının sənət əsərlərinə mahnı və romanslar bəstələmiş bəstəkarın eyni zamanda ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", “Yağış yağır”, “Toy mahnısı”, balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", gözəl musiqisi ilə yaddaşlarda həkk olunan "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri bu gün milli mədəniyyətimizdə layiqli yer tutur. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

MÜRACİƏT

Deceller 0706.2012Iyunun 7-də, daun sindromlu uşaqların “Dəcəllər” Teatrı Rəşid Behbudov adına Mahnı Teatrında xeyriyyə konserti təşkil etmişdir. Anşlaqla keçən konsert zamanı gənc istedadların rəqs və mahnı ifaları hər kəsi valeh etdi. Gecə proqramına “Dəcəllər” Teatrına dəstək məqsədilə “Səyyah” rəqs qrupu, “Azərbaycan inciləri” vokal qrupu və digərləri də qatılmışdır. Səhnədə nümayış olunan rəqslər, mahnı ifaları və digər çıxışlar tamaşaçılar ın böyük maraq və sevincinə səbəb olmuşdur. Uzun müddət tamaşaçıların yaddaşlarından silinməyəcək bu gecə gənc istedadların növbəti uğuru və gələcəyə ümidi deməkdir.  

 

 

 

FOTOQALEREYA VİDE1

07.06.2012

Bu il Azərbaycan vətəndaşı olan 3 uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova bildirib. Onun sözlərinə görə, uşaqlardan biri Rusiyada yaşayan azərbaycanlıya, ikincisi ABŞ vətəndaşı olan türkə, sonuncusu isə İsveçrə vətəndaşına verilib.

V. Mövsümovanın sözlərinə görə, uşaqlardan ikisi anadangəlmə qüsurlu olub və ailələri onlardan imtina edib. Rusiyada yaşayan azərbaycanlı ailəsinə verilən uşaq isə həmin ailənin qohumunun uşağı olub.


Cümə axşamı, 07 İyun 2012 16:02

Heydər Əliyev Fondundan daha bir xeyirxah addım

FondHeydər Əliyevfondununtəşəbbüsü ilə Lənkərandaxeyriyyə aksiyası keçirilib. Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə tədbiri - sünnət aksiyası təşkil olunub.

Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev bildirib ki, 100 uşağın qatıldığı tədbirdə tibbi əməliyyatlar xəstəxananın 7 həkim-cərrahı tərəfindən həyata keçirilib. Uşaqlar tam sağalanadək həkimlərin nəzarətində olacaqlar.

Qeyd edək ki, Fond tərəfindən keçirilən bu tədbir sayca dördüncü xeyriyyə aksiyasıdır.

06.06.2012“Bu gün uşaqlar böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və ifa edir, nəticə etibarılə də mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər”. Bunu iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada bildirib.

 

Onun sözlərinə görə, zəngin uşaq mahnıları bazasına malik Azərbaycanda uşaqların mədəni formalaşmasına dövlət tərəfindən böyük diqqət göstərilsə də, rəhbərlik etdiyi Mərkəzin araşdırmaları müəyyən problemləri üzə çıxarmışdır. “Uzun illər ruhumuzu oxşayan musiqilər son zamanlar unudulmaqdadır”, - deyən İ.Yaqubovanın qənaətinə görə, problemin kökündə uşaq mahnılarına həm telekanallarda, həm də radioda efir vaxtının olduqca az ayrılması, disklərin buraxılmaması və s. amillər durur. 

FOTOQALEREYA

89 -dən səhifə 107