Cümə axşamı, 07 İyun 2012 16:04
Bu il Azərbaycan vətəndaşı olan 3 uşaq əcnəbilərə övladlığa verilib
Bu il Azərbaycan vətəndaşı olan 3 uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova bildirib. Onun sözlərinə görə, uşaqlardan biri Rusiyada yaşayan azərbaycanlıya, ikincisi ABŞ vətəndaşı olan türkə, sonuncusu isə İsveçrə vətəndaşına verilib.
V. Mövsümovanın sözlərinə görə, uşaqlardan ikisi anadangəlmə qüsurlu olub və ailələri onlardan imtina edib. Rusiyada yaşayan azərbaycanlı ailəsinə verilən uşaq isə həmin ailənin qohumunun uşağı olub.