Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
APA-nın məlumatına görə, təbrikdə bildirilir:
“Hörmətli həmvətənlər!
Sizi – Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda uşaq bağçaları və məktəblərdə verilən ərzaq məhsulları ilə bağlı standartlar qəbul olunacaq
Yaxın bir həftə ərzində Azərbaycanda fəaliyyət göstərən uşaq bağçaları və orta məktəblərdə uşaqlara verilən ərzaq məhsulları ilə bağlı xüsusi standartlar qəbul ediləcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Bu gün korifey müğənni Şövkət Ələkbərovanın ad günüdür
Azərbaycanın xalq artisri Şövkət Ələkbərovanın 90 yaşı tamam olur
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Ailədə altı uşaqdan üçüncüsü olan Şövkətin atası musiqi vurğunu, anası isə peşəkar tərzan olub. Ailədə uşaqların hamısı musiqi savadı almış, erkən yaşlarında Şövkət Ələkbərova kəmançada ifa edirmiş.
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 21 illiyini qeyd edir
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 21 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
Azərbaycanda dövlət uşaq bağçalarına uşaq qəbulu qaydaları dəyişdirilib
Azərbaycanda dövlət uşaq bağçalarına uşaq qəbul ediləndə ilk növbədə Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, hərbi xidmətdə olan ataların və işsiz valideynlərin uşaqları götürülməlidir. «APA-ECONOMICS»in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi «Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi»ndə nəzərdə tutulub.
Nizamnaməyə əsasən, dövlət məktəbəqədər uşaq müəssisələrinə (yəni, uşaq bağçalarına) ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Azərbaycanın gənc rəssamları Liditse uşaqlarının Beynəlxalq rəsm əsərləri sərgisində iştirak ediblər
Azərbaycanın gənc rəssamları Liditse uşaqlarının Beynəlxalq rəsm əsərləri sərgisində iştirak ediblər. Bunu APA-ya Çexiyanın Azərbaycandakı səfiri Radek Matula bildirib.
Səfir deyib ki, hər il iştirakçıların artması Azərbaycanın gənc rəssamlarının bu sərgiyə böyük maragından xəbər verir. Bu il Təşkilat Komitəsinə Azərbaycandan 481 iş göndərilib. Onlardan 4-ü fəxri fərman, 1-i müsabiqənin ali mükafatı - “Liditsa qızılgülü” medali ilə təltif eilib.
Liditse uşaqlarının Beynəlxalq rəsm əsərləri sərgisi 1942-ci ildə Çexiyanın Liditse kəndində alman nasistləri tərəfindən öldürülən və hərbi münaqişələr nəticəsində ölən uşaqların xatirəsinə həsr olunub və 1967-ci ildən Xarici İşlər Nazirliyi, Təhsil və Mədəniyyət Nazirliklərinin dəstəyilə keçirilir. Sərgidə 4-16 yaşlı uşaqlar və yeniyetmələr iştirak edə bilər.