Bakının ən yaxşı saytı olan məktəblər müəyyənləşdirildi
Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Trend-in məlumatına görə, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir.
UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var
Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var. Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib. Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.
Mehriban Əliyeva yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib. Xəbəri Trend İA yayıb.
Məlumata əsasən, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib. 3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bakıda uşaq kimsəsiz heyvanlar üçün ev qurub
Qış ayları, xüsusən də soyuq havalarda, isti yuvası olmayan küçə pişikləri və itləri donmamaq üçün hər gecə özlərinə sığınacaq axtarırlar. Bu cür kimsəsiz heyvanları binaların girişindən qovanlar çox olsa da, onları düşünənlər, qayğı göstərənlər də az deyildir. Və zaman zaman biz bu cür qayğı və diqqətin şahidi oluruq.
UNICEF: Azərbaycan xəstəxanalarında yenidoğulan körpələrə süni uşaq qidaları verilməməlidir
Yenidoğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir. Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.
Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: "Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var".
Azərbaycanda gender bərabərsizliyi: yenidoğulan qızların sayı get-gedə azalır
2018-ci il yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri Azərbaycanda 127 min 681 körpənin doğulduğunu qeydə alıb. Məlumatı Dövlət Statistika Komitəsinə istinadən 1news.az xəbər portalı yayıb.
Yenidoğulanlar arasında oğlanların sayı 53,4%, qızların 46,6% təşkil edir. Bu isə, gender bərabərsizliyi deməkdir, cünki bioloji normaya görə hər 100 qıza 105-107 oğlan olmalıdır.