Çərşənbə axşamı, 22 Yanvar 2019 17:03
Azərbaycanda gender bərabərsizliyi: yenidoğulan qızların sayı get-gedə azalır
2018-ci il yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri Azərbaycanda 127 min 681 körpənin doğulduğunu qeydə alıb. Məlumatı Dövlət Statistika Komitəsinə istinadən 1news.az xəbər portalı yayıb.
Yenidoğulanlar arasında oğlanların sayı 53,4%, qızların 46,6% təşkil edir. Bu isə, gender bərabərsizliyi deməkdir, cünki bioloji normaya görə hər 100 qıza 105-107 oğlan olmalıdır.
Statistikaya görə, ötən müddət ərzində yenidoğulanlar arasında 2,462 körpə əkiz, 108-i isə üçəmdir.