Çərşənbə axşamı, 09 Aprel 2019 15:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakinini ziyarət ediblər
Son 15 ildə əhalinin sayının 1,7 milyon nəfər artması ölkənin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.
Trend-in məlumatına görə, bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzində 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqovaya ilə görüşü zamanı deyib.
Görüşdə Azərbaycanın 10 milyonuncu sakininin hesabına vəsait köçürülüb, ailəyə mənzil hədiyyə edilib. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib. Ailə başçısı ölkə Prezidenti və xanımına göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.