Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 04 Aprel 2019 14:03

Bakıda dahi şair Nəsimiyə həsr olunmuş sərgi açılıb

nesimi sergi 030419  1Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi münasibətilə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan sərgi də “Nəsimi ili” çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

AMEA-dan Trend-ə verilən məlumata görə, sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-si Azərbaycan, 20-si ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib. Lövhələrdə İ.Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illustrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.

Həmçinin Ədəbiyyat Muzeyinin İ.Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhəri ve muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, "Nəsimi" filmindən olan səhnələrə aid fotolar və s. təqdim olunub.

Sərgi çərçivəsində ziyarətçilər İ.Nəsiminin Hələbdə yaşadığı evin divarındakı barelyefin rəsmi ilə də tanış olublar.

Oxunub 1429 dəfə