Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 1812-ci il Vətən müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Noyabrın 12-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 1812-ci il Vətən müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir Azərbaycanda Rusiya həmyerliləri təşkilatlarının Koordinasiya Şurası və Respublika kazakları həmyerlilər Birliyi ilə birgə təşkil olunmuşdur.
Tədbirdə Rusiya həmyerliləri təşkilatlatlarının rəhbərliyi və fəalları, tarixçilər, respublikanın gənclər birliklərinin nümayəndələri, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri və Bakı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri.
Azərbaycandan övladlığa uşaq götürmək üçün 10 əcnəbi ailə növbə gözləyir
Hazırda 10 əcnəbi ailə Azərbaycandan övlad götürmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) rəsmi qeydiyyatdadır. Bu barədə APA-ya açıqlamasında Komitənin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova bildirib.
Sektor müdiri deyib ki, bir çox ailələrin sənədləri daxil olsa da, onlar hələ ki araşdırılır. V. Möhsümovanın sözlərinə görə, hətta elə ailələr var ki, 2008-ci ildən övlad götürmək üçün gözləyirlər: “Övlad götürmək istəyən əcnəbi ailələr müxtəlif ölkələrdəndir. Övladlığa verilən ailələr arasında əsasən, Rusiyada yaşayan azərbaycanlılar üstünlük təşkil edir. Bundan əlavə, ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrdən olan ailələrə də uşaqlar verilir”.
S.Y.Marşakın 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib
Noyabrın 2-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış uşaq şairi, dramaturq, tərcüməçi və tənqidçi Samuil Yakovleviç Marşakın anadan olmasının 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib. Tədbirin təşkilatçılarından biri də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi idi.
Mərkəzin sərgi zalında S.Y.Marşakın əsərləri əsasında uşaqların çəkdiyi şəkil sərgisinin açılış mərasimi oldu. Burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin bədii studiyası və Respublika İncəsənət Gimnaziyasının şagirdləri təqdim olunmuşdur.
Prezident İlham Əliyev: “Yaxın zamanlarda qələbə gününü qeyd edəcəyik”
«Bülbül əsl milli müğənni, milli xanəndə, milli sənətkar idi. Onda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Bülbül, eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün də yaşayır və bir çoxları üçün Koroğlu obrazı məhz Bülbülün obrazı ilə eyniləşdirilir». APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda görkəmli opera müğənnisi Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışındakı çıxışında deyib.
«Bu gün mən Bülbülün yaradıcılığı haqqında bir vətəndaş, Azərbaycan xalq musiqisinə bağlı olan bir insan kimi öz fikirlərimi bölüşmək istəyirəm. Doğrudan da, onun təkrarolunmaz səsinin məlahəti unudulmazdır. Onun ifasında səslənən mahnılar ölməz mahnılardır. Artıq əlli il keçdi, bundan sonra da əlli il, yüz il keçəcək və Bülbülün sənəti, onun təkrarolunmaz səsi yaşayacaq və bizim hamımızı sevindirəcək», deyə prezident İlham Əliyev bildirib.
Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı tədbir keçirilib
Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı tədbir keçirilib
Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə “Hilvfsverk Avstriya” beynəlxalq təşkilatının “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsinə dair tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə maliyyə naziri Samir Şərifov, Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç də iştirak edib.
“Mənəvi sərvətimiz” portalı uşaq və yeniyetmələr üçün məlumat bazasıdır
Layihə çərçivəsində müsahibimiz “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır:
- Ölkəmizdə uşaqların və boy atan gənc nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş vətəndaşları kimi formalaşması üçün mühüm addımlar atılıb. Dövlət səviyyəsində uşaqların Azərbaycanın gələcəyi olması və cəmiyyətimizin ən zərif hissəsi olduğu prioritet kimi gəbul edilərək uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vətəndaş cəmiyyəti də öz növbəsində bu siyasətə dəstək olaraq uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması məqsədilə fəaliyyətini qurmalıdır. Artıq 2 ildir ki bu istiqamətdə ciddi işlər görən “ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilk olaraq 2011-ci ilin yanvar ayında ictimai əsaslarla “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə başlayıb.