Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 01 Ноябрь 2012 16:09

Prezident İlham Əliyev: “Yaxın zamanlarda qələbə gününü qeyd edəcəyik”

Prezident-Bulbulun-abidesinin-achilishi«Bülbül əsl milli müğənni, milli xanəndə, milli sənətkar idi. Onda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Bülbül, eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün də yaşayır və bir çoxları üçün Koroğlu obrazı məhz Bülbülün obrazı ilə eyniləşdirilir». APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda görkəmli opera müğənnisi Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışındakı çıxışında deyib.

«Bu gün mən Bülbülün yaradıcılığı haqqında bir vətəndaş, Azərbaycan xalq musiqisinə bağlı olan bir insan kimi öz fikirlərimi bölüşmək istəyirəm. Doğrudan da, onun təkrarolunmaz səsinin məlahəti unudulmazdır. Onun ifasında səslənən mahnılar ölməz mahnılardır. Artıq əlli il keçdi, bundan sonra da əlli il, yüz il keçəcək və Bülbülün sənəti, onun təkrarolunmaz səsi yaşayacaq və bizim hamımızı sevindirəcək», deyə prezident İlham Əliyev bildirib.



«Bülbül, eyni zamanda, böyük ictimai xadim, əsl Azərbaycan ziyalısı, öz xalqına, öz milli köklərinə bağlı və həmçinin dünyaya açıq insan idi. O, Azərbaycanın musiqi sənətini sovet məkanında və dünyada təbliğ edirdi. O illərdə xalqımızı dünyaya tanıtdırmaq üçün incəsənət, musiqi, ifaçılıq sənəti, ədəbiyyat yeganə bir vasitə idi. Çünki Azərbaycan müstəqil deyildi və Azərbaycan xalqı, Azərbaycan diyarı haqqında dünyada və sovet məkanında təsəvvürü məhz bizim görkəmli incəsənət xadimləri yaratmışlar. Bülbülün bu istiqamətdəki rolu çox böyük idi», deyə dövlət başçısı vurğulayıb.

“Bülbül ölkəmizin gözəl diyarında - Qarabağda dünyaya gəlib, Şuşada doğulub. Qarabağın gözəl təbiəti, havası, bulaqları, gözəl mənzərələri ona güc, ilham verirdi. Onun təkrarolunmaz səsi məhz Qarabağ diyarının sərvətlərindən, nemətlərindən qaynaqlanırdı”, deyə prezident Əliyev bildirib. 

Dövlət başçısı bildirib ki, Bülbülün doğulduğu Şuşa şəhəri 20 ildən artıqdır ki, erməni işğalı altındadır: “Ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti törədilib. Bu etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb. Bizə qarşı soyqırımı törədilib. Artıq dünyanın üç ölkəsi bunu soyqırımı kimi rəsmən tanıyıbr və bu proses davam etdirilir. Eyni zamanda, bizə qarşı mədəni soyqırımı törədilib. Bizim dini, tarixi, mədəni abidələrimiz dağıdılıb. Onların içində Bülbülün, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Şuşadakı büstləri erməni güllələri ilə deşik-deşik edilib. O büstlər bu gün İncəsənət Muzeyində saxlanılır. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Bülbülün Şuşadakı evi yarıdağılmış vəziyyətdədir”.

“Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edəcək. Bunu deməyə əsas verən müxtəlif amillər var. İldən-ilə artan gücümüz, qüdrətimiz, beynəlxalq müstəvidə artan təsir imkanlarımız, beynəlxalq aləmin Azərbaycanın haqq işinə dəstək olması, beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyini dəstəkləməsi və əlbəttə, bizim iqtisadi qüdrətimiz qələbə gününü yaxınlaşdırır. Mən əminəm ki, yaxın zamanlarda biz qələbə gününü qeyd edəcəyik”, deyə İlham Əliyev bəyan edib.

Prezident deyib ki, bütün dünya ictimaiyyəti məsələ sülh yolu ilə həllinə çalışır: “Biz də bunun tərəfdarıyıq. Ancaq eyni zamanda, biz istənilən varianta da hazırıq. Heç vaxt imkan vermərik ki, qədim Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın və mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ondan sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin abidələri yenə də Şuşada qoyulacaq. Əminəm ki, biz o abidələrin açılışında iştirak edəcəyik, və Xankəndidə, Şuşada Azərbaycanın milli bayrağı qaldırılacaq”. 

Прочитано 2374 раз