Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 30 Октябрь 2012 11:25

“Mənəvi sərvətimiz” portalı uşaq və yeniyetmələr üçün məlumat bazasıdır

Irada Yagubova-ELSLayihə çərçivəsində müsahibimiz “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır: 

- Ölkəmizdə uşaqların və boy atan gənc nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş vətəndaşları kimi formalaşması üçün mühüm addımlar atılıb. Dövlət səviyyəsində uşaqların Azərbaycanın gələcəyi olması və cəmiyyətimizin ən zərif hissəsi olduğu prioritet kimi gəbul edilərək uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vətəndaş cəmiyyəti də öz növbəsində bu siyasətə dəstək olaraq uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması məqsədilə fəaliyyətini qurmalıdır. Artıq 2 ildir ki bu istiqamətdə ciddi işlər görən “ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilk olaraq 2011-ci ilin yanvar ayında ictimai əsaslarla “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə başlayıb.

Layihə çərçivəsində gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması sahəsindəki vəziyyət və problemlər araşdırılıb, monitorinqlər və rəy sorğuları keçirilib, alınan nəticələr əsasında təkliflər hazırlanıb. Araşdırmalar 4 dəyirmi masada aidiyyətli dövlət qurumları və ictimaiyyətin iştirakı ilə müzakirə olunub, ölkə Prezidentinə təkliflərlə 3 müraciət edilib. Bu müraciətlərdə yetişən nəslin mədəni inkişafına yönəlmiş qanunların qəbulu, Dövlət Uşaq Televiziya kanalının açılması, Müstəqil təşəbbüslərə Dövlət Dəstəyi Fondunun yaradılması və digər aktual məsələlər qeyd olunub. Araşdırmalar uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri (xüsusilə də, uşaq mahnıları), ölkə telekanallarında yayımlanan uşaq verilişləri, internetin imkanları və digər məsələləri əhatə edib. Mərkəz mövcud qanunvericilikdə uşaqlarla bağlı müəyyən boşluqların olduğunu nəzərə alaraq 2011-ci il aprelin 2-də təkliflər irəli sürüb. Bunlardan biri 2011-ci ilin aprelin 2-də ölkə Prezidentinə uşaqların və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə dair “Uşaq Siyasətinə dair Milli Strategiya”nın işlənilməsi və geniş ictimai müzakirəsi və bu məqsədlə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçilərini cəlb etməklə Koordinasiya Şurası və ya İşçi Qrupunun yaradılması təklifi olub. İkinci mərhələdə ELS Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Mənəvi Sərvətimiz” adlı Uşaq İnternet Portalını yaradıb. Layihə çərçivəsində böyüyən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi üçün zəruri olan məlumat bazası yaradılıb. Bu günə www.meneviservetimiz.az (əlavə ünvan www.educult.az) ünvanında yerləşən Portalın Azərbaycan, rus və ingilis dillərində səhifələri tərtib edilib. Portalın yaradılmasında məqsəd uşaqların cəmiyyətimizin hərtərəfli inkişaf etmiş bir üzvü kimi formalaşması üçün tələb olunan məlumat bazasının yaradılmasıdır. Eyni zamanda Portalın bazasına uşaqlarımızın bacarıqlarının inkişafı üçün yaradılmış imkanlara dair məlumatlar daxil edilib. Hər bir valideyn yaşadığı rayonda, yəni evinə yaxın dövlət məktəbdənkənar təhsil mərkəzlərində musiqi, rəqs, idman, qiraət, rəssamlıq, ekoloji, turizm və diyarşünaslıq, məktəbə hazırlıq və digər dərnəklərdə övladının pulsuz məşğul olması üçün nəzərdə tutulan mərkəzlər barədə ətraflı məlumatlar əldə edə bilər. Portalın bazasının yaradılmasında bir çoxlarının töhfəsi olub. Biz ilk növbədə bu layihəni dəstəkləyən və iş prosesində öz dəyərli tövsiyələrini verən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, Bakı şəhər Təhsil İdarəsinin məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil sektorları, Bakı Musiqi Akademiyası, Bakı Musiqi Kolleci, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarları İttifaqı, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası, Azərbaycan  Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, “Göyərçin” uşaq jurnalının əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.

- Portalla tanış olanlar hansı məlumatları əldə etmək imkanına malik olurlar?

- Portalda Azərbaycanla bağlı tarixi, coğrafi, sosial-iqtisadi, institusional və digər məlumatlar, uşaq və gənclərə aid qanunvericilik bazası, “Asudə vaxtının təşkili” bölməsində uşaqların mədəni inkişafı üçün yaradılmış şərait, ölkəmizdə fəaliyyətdə olan uşaq yaradıcılıq kollektivləri barəsində hərtərəfli informasiyanın yerləşdirilib ki, bu da cəmiyyət üzvlərini, xüsusən də valideynləri uşaqların mədəni inkişafı üçün mövcud imkanlar barədə məlumatlandırmaq xarakteri daşıyır.  “Musiqi əsərləri” bölməsində mahnılar, rəqslər, opera və operettalar, simfonik, instrumental və vokal əsərlər qruplarında Azərbaycan bəstəkarlarının əsərləri ilə bərabər dünya musiqi inciləri də yer alıb. Böyüyən nəslin mədəni tərbiyələndirilməsi sahəsində bu günə mövcud problemlərdən biri kimi notların olmamasını nəzərə alaraq Portalda uşaq mahnılarının səslənməsi, yüklənilməsi ilə bərabər notlar və mətnlər, uşaqların ifasında ilk dəfə səsləndirilən Azərbaycan Respublikasının dövlət himnini də yerləşdirilib.  “Ədəbi əsərlər” bölməsində atalar sözü, klassik və çağdaş dövrlərə aid Azərbaycan və dünya yazarlarının nəsr və poeziya nümunələri yerləşdirilib. Burada Azərbaycan dilində nağıllar, hekayələr və şeirlər bazası, “İlk qələmlər” bölməsində isə ədəbiyyat sahəsində ilk addımlar edənlər üçün yazılarını təqdim etmək imkanı yaradılıb. Rus və ingilis səhifələrində isə Azərbaycan yazarlarının əsərlərinin tərcümələri yerləşdirilib. “Faydalı linklər” bölməsində kitabxanalar, muzeylər, teatrlar və rəsm qalereyası, “Nəşrlər” bölməsində isə incəsənət sahəsində nəşr olunmuş ədəbiyyat barədə məlumatlarla tanış olmaq olar. Statistik məlumatlarla yanaşı burada ölkəmizin mədəni həyatında, xüsusən də uşaqlarla bağlı yeniliklər, tədbirlər, nailiyyətlər, həmçinin bu sahədə dünyada baş verən hadisələr əksini tapıb. Beləliklə, bu gün Azərbaycanda uşaqlar, valideynlər, uşaqlarla işləyən peşəkarlara və hər bir vətəndaşa maraqlı və faydalı olan, uşaqlarımızın hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına xidmət edən portal fəaliyyət göstərir.

- Bu istqamətədə növbəti layihə ilə bağlı nə deyərdiniz?

-Bu portalı yaratmaqda bizim məqsədimiz övladlarımızı Vətənə, cəmiyyətə layiqli üzv kimi yetişdirməkdir. İstərdik ki, onlara təhsil verən insanların əlində lazımi material olsun. Ona görə də məlumat bazasını zənginləşdirməliyik. Portalla bağlı Bakıda məlumat verilib, ictimaiyyət məlumatlandırılıb. Fikirləşirik ki, artıq regionlarda buna başlamaq lazımdır. Növbəti layihəmiz həmin portalın regionlarda o cümlədən, təhsil ocaqları, məktəbəqədər müəssisələrdə təbliği ilə məşğul olmaqdır. Bu istiqamətdə yerlərdə geniş dəyirmi masalar, sorğular, ictimai müzakirələr keçirməkdir.

Nigar Abdullayeva  http://www.palitra.net.az/cemiyyet/4307.html

Прочитано 2493 раз