Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

11.07.2012 ushaq baxcasiAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 saylı uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

APA-nın xəbərinə görə, məlumat verilib ki, prezident İlham Əliyevin göstərişinə uyğun olaraq əsaslı surətdə təmir olunan 27 saylı bağçada bütün avadanlıq və inventarlar yenilənib. Bağçada 4 qrupda 80 uşaq təlim-tərbiyə alacaq. Burada musiqi, rəqs, idman zalları, həmçinin tibb məntəqəsi də fəaliyyət göstərir. Bağçada uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb.

 

FOTOQALEREYA

imtahan2012Bu açıqlamanı APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda mərkəzləşdirilmiş buraxılış və qəbul imtahanlarının birləşdiriləcəyi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib. 

Onun sözlərinə görə, bu məsələ elmi məsələdir: “Bu imtahanların iki müxtəlif məqsədi var. Bizim məqsədimiz ondan ibarətdir ki, orta məktəbin səviyyəsi elə yüksəlsin ki, doğrudan da attestasiya imtahanı əsasında uşaqları ali məktəbə qəbul edə bilək. Hələlik “3” alan uşaqlar ali məktəbdə oxumağa qadir deyillər. Biz əvvəlcə bu imtahanların məzmununu və çətinlik dərəcəsini yavaş-yavaş yaxınlaşdıra bilərik. İlk addım o ola bilər ki, qəbul imtahanlarının fənlərində azalma olsun. Ola bilsin ki, yaxın illərdə bir fənn azalsın. Ana dili və Riyaziyyat fənlərindən biri azala bilər. Ancaq buna vaxt lazımdır”.

Пятница, 06 Июль 2012 14:27

5 yaşlı qız oyuncaqlar dükanında işləyir

5 yasli uashaqKent qraflığının sakini, 5 yaşlı Cessika Rostbruk uşaq oyuncaqları dükanında işləyir və onun vəzifəsi “tester” kimi səslənir. Oyuncaqları istehsal edən şirkət balaca qızın valideynləri ilə rəsmi müqavilə imzalayıb. Piştaxtaya şirkətin bu və ya digər məhsulunun düşüb-düşməyəcəyinə dair qəaraı mhz Cessika verir.

Unisef ve Azersun Holding ushaqlara destek uzre terefdashliga bashlayib 050712-3BMT-nin Uşaq Fondu (UNISEF) və «Azersun Holding» Şirkətlər Qrupu Azərbaycanda uşaqlıq dövrünə xas əlillik hallarının azaldılmasına yönəlmiş səylərində Azərbaycan hökumətini dəstəkləmək üçün birgə fəaliyyətə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, bununla bağlı ötən gün Bakıda keçirilən razılaşmanın imzalanması mərasimində UNISEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, təmsil etdiyi təşkilat korporativ sektorun uşaqlar üçün səfərbərlik edilməsi üçün beynəlxalq korporasiyalar və yerli şirkətlərlə sıx əməkdaşlıq edir: «Biz ümid edirik ki, «Azersun» Şirkətlər Qrupu ölkədə uşaqların rifahının yaxşılaşdırılmasına töhfə vermək üçün müəyyən edilmiş təşəbbüslərimizdə uzunmüddətli tərəfdaşımız olacaq».

orta mektebBu ildən Azərbaycanın orta məktəblərində yapon və italyan dillərinin tədrisinə geniş yer veriləcək. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, nazirlik bir neçə məktəbdə italyan dilinin ikinci xarici dil kimi tədris olunmasına çalışacaq: “Bir neçə məktəbdə də ingilis və rus dilinin intensiv tədrisini həyata keçirəcəyik”. Nazir lisey və gimnaziyaların I sinfinə imtahan yolu ilə qəbulun həyata keçirilməsini doğru saydığını söyləyib:  “Bu yolla yüksək bal toplayan qabiliyyətli uşaqlar həmin təhsil müəssisələrinə qəbul olunacaq”. 

Пятница, 29 Июнь 2012 17:14

Uşaqların geyimində qənaət etmək olmaz

ushaq geyimi2“Geyimə görə qarşılayırlar” deyimi təkcə böyüklərə aid deyil. Psixoloqlar hesab edirlər ki, valideynlər uşaqların geyimində qənaət etməməlidir, çünki pis paltar uşağın özünü qiymətlənləndirməsinə, həmçinin onu əhatə edən uşaq və böyüklərin ona qarşı olan münasibətinə böyük təsir göstərir.