Heydər Əliyev Fondu uşaqlar üçün Yeni il şənliyi təşkil edib
Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmələr üçün Yeni il şənlikləri təşkil olunub.
APA-nın məlumatına görə, dekabrın 28-də Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak ediblər. Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış “Qış nağılı” proqramı təqdim olunub, həmçinin müxtəlif uşaq qrupları və tanınmış ifaçılar çıxış edib.
Təbrik edirik!
«ELS” Müstəqil Araşdırmalar Mərkəzi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıları, o cümlədən vətəndaş cəmiyyətinin üzvlərini təbrik edir və hər zaman həmrəy olmağa, dövlətçiliyimizi qorumağa və ölkənin milli maraqları üçün çalışmağa səsləyir.
«ELS” Müstəqil Araşdırmalar Mərkəzi qarşıdan gələn 2013-cü il münasibətilə Azərbaycan xalqını təbrik edir, əminamanlıq, uğurlar və can sağlığı arzulayır.
Əziz dostlar! Qoy Yeni il yeni planlar, yaradıcı ideyalar, xoş xəbərlər və uğurlarla zəngin olsun. Stabillik, etibarlılıq və inkişaf sizinlə əməkdaşlığımızın zəminidir. Sag olun ki, bizimləsiz! Biz sizin üçün çalışırıq!Yeni iliniz mübarək!
Leyla Əliyeva uşaq evinin və qızlar yataqxanasının sakinləri ilə görüşüb
Yeni il ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun təşəbbüsü ilə Nərimanov rayonunda yaradılan Uşaq Psixonevroloji Mərkəzinə gedərək uşaqlarla görüşüb. Balacaların şəraiti ilə maraqlanan Leyla Əliyeva Mərkəzdə yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqların Yeni il bayramı üçün hazırladıqları səhnəciklərə tamaşa edib. Heydər Əliyev Fondunun bayram hədiyyələri isə balacaların sevincini daha da artırıb.
Bu gün Azərbaycan Prezidentinin ad günüdür
İlham Əliyevin 51 yaşı tamam olur
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994- cü illərdə özəl biznez sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə sonra isə birinci vitse-prezidenti olub. İki dəfə - 1995 və 2000-ci illərdə Milli Məclisə seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də prezident seçkilərində qalib gəldikdən sonra vəzifəsinin icrasına başlayıb. Beş il sonra, 2008-ci ildə ikinci dəfə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.
Rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir, üç övladı, iki nəvəsi var.
Ad gününüz mübarək, cənab Prezident!
Uşaqlara sevinc bəxş edək
Dekabrın 19-da Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya paytaxtındakı “Bakı” kinoteatrında Moskvanın uşaq evlərində tərbiyə alan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir. AzərTAc xəbər verir ki, “Bakı” kinoteatrının foyesində uşaqlar üçün al-əlvan yolkalar bəzədilmiş, müxtəlif əyləncələr təşkil olunmuşdur.
Moskvanın S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları balacaları əyləndirmək üçün şən oyunlar təqdim etmişlər. Foyedə yaradılmış şokolad fəvvarəsi, nəhəng sabun köpükləri, əl işləri dərnəyi, akvarellə bəzəklər çəkilməsi guşələrində uşaqlar aktyorların ətrafına toplanmışdılar. Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları yolkanın kənarında maraqlı oyunlar və viktorinalar keçirmişlər.
“Susdu bülbülümüz”
Dekabrın 15-də Azərbaycanın ilk qadın-bəstəkarı Ağabacı Rzayevanın anadan olmasından 100 il ötür
Bu gün dahi Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın anadan olmasından 100 il ötür. O, bu gün “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax”, “Çoban Qara”, “Muğan qızı”, “Neftçi Qurban”, o cümlədən 300-dən artıq mahnı, romans, xor əsərləri və instrumental janrda yazdığı musiqilərdə yaşayır.