Yeni uşaq mahnıları – 2013
ELS Müstəqil Araşdırmalar Mərkəzinin
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika müsabiqəsi
davam edir
İnternat məktəblərdə şagirdlərin qidalanması ciddi nəzarətə götürüləcək
Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlayıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanıb.
Azərbaycan Milli Musiqi Gününü qeyd edir
Milli Musiqi Günü ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkənin mədəniyyət xadimləri Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarlarını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, Ə.Qarayev artıq 13 ildir qeyd edilən Milli Musiqi Gününün dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günü ilə bağlı olduğunu deyib: “1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə Musiqi Günü dövlət səviyyəsinə qeyd edilməyə başladı. Həmin vaxtdan hər il musiqi ocaqlarında Üzeyir gününə həsr olunan tədbirlər keçirilir, bəstəkarın musiqiləri səsləndirilir”.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 158 saylı orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər
Bu gün Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif proqramlar icra olunur. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsil mühüm rol oynayır.
Yeni dərs ili başladı
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub. Trend-in məlumatına görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.
I sinfə qəbul olunan 6 yaşa çatmamış uşaqların sayı açıqlanıb
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub. Ötən illərdən fərqli olaraq bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu rayon (şəhər) təhsil şöbələri həyata keçiriblər.