Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 08 Апрель 2014 16:00

“ELS” yeni layihə ilə bağlı ictimai müzakirələrə başlayıb

Reshid-ShefeqAprelin 7-də  ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə cari ilin mayın 1-dən həyata keçiriləcək “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsi çərçivəsində bəstəkar, əməkdar incəsənət xadimi Rəşid Şəfəqlə görüşüb. Xatırladaq ki, ELS Müstəqil Araşdırmalar Mərkəzi ötən il həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin davamı kimi qalib mahnılardan ibarət disklərin buraxılışı, notların dərcini və bu toplunun uşaqlara və uşaqlarla işləyən peşəkarlara çatdırılmasını nəzərdə tutmuşdur.

 

Görüşdə uşaq mahnılarının hazırki durumu, bu sahədə görülən işlər və yaxın gələcəyə nəzərdə tutulan fəaliyyət planı müzakirə predmeti olub. Azərbaycanın uşaq mahnıları bazasında yüzlərlə mahnının olmasına baxmayaraq son illərdə bu sahədə müəyyən boşluq yaranıb. Məhz buna görə yeni uşaq mahnılarının ərsiyə gəlməsinə bu gün cəmiyyətdə ehtiyac var və bu şərəfli iş Rəşid Şəfəq kimi uşaqlar üçün musiqi əsərləri yazanların üzərinə düşür.

Qeyd edək ki, Rəşid Şəfəqin yaradıcılığı çoxşaxəlidir. O, “Səfeh siçan balası” uşaq opera-nağılı, “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyası, “Tülkü, Tülkü, Tünbəki...” komik folklor nağıl-operası, “Bayquşların söhbəti” uşaq nağıl-operası, həmçinin kamera-instrumental və vokal-xor əsərlərindən  “Balaca Elnurun musiqi albomu”, “Cəngavərlər” vokal-xor silsiləsi, “Anamın bayramı” vokal-xor silsiləsi, “Azərbaycan avazları” və s. əsərlərin müəllifi olmaqla yanaşı uşaq mahnılarının toplanması və bərpası sahəsində böyük işlər görmüşdür.  Misal kimi 2011-ci ildə işıq üzü görən “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” adlı toplunu göstərmək olar. Hazırda Rəşid Şəfəq həmin toplunu daha da zənginləşdirmək niyyətindədir.  “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Yeni uşaq mahnıları-2013” Ümumrespubllka Müsabiqəsində bəstəkar Nazim Quliyevin Abdulla Şaiqin”Uşaq və dovşan” şerinə bəstələdiyi “Qaçma dayan” mahnısı da orada yer alacaq.  

Прочитано 1777 раз