Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Суббота, 23 Июнь 2012 17:45

TQDK sədri: “Bəzi şagirdlər imtahanda öz ad-soyadlarını da yaza bilməyib”

imtahanİndiyədək buraxılış imtahanları keçirilən şəhər və rayonlarda tam orta təhsil səviyyəsi üzrə (11 illik) 57 022 nəfər imtahan verib. Onlardan 52 127 nəfəri imtahandan müsbət nəticə ala bilib. Bakı və Sumqayıt şagirdlərinin 97 faizi bu imtahanlardan müsbət nəticə əldə edib. Ümumilikdə isə respublika üzrə indiyədək imtahan vermiş bütün 11-ci sinif şagirdlərinin 91,42 faizi müsbət nəticə göstərib”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar hələ ilkin nəticələrdir: “Hesab edirik ki, respublika üzrə bütün nəticələr belə də qalacaq. Mən təhsil üzrə ekspertlərə müraciət edərək onları da həmin suallarla tanış olmağa dəvət edirəm. Bütün respublika üzrə buraxılış imtahanının keçirilməsi başa çatdıqdan sonra bununla bağlı daha geniş araşdırma aparılacaq. Mən indi təhsilin səviyyəsinin necə olduğunu indiyə deyə bilmərəm”.

TQDK sədri deyib ki, indiyədək Azərbaycanın buraxılış imtahanı keçirilən rayon və şəhərlərində imtahan verən 83 671 nəfər 9-cu sinif şagirdinin 68 680 nəfəri müsbət nəticə ala bilib. İmtahan vermiş 9-cu sinif məzunlarının yalnız 80 faizi müsbət nəticə göstərib, 20 faizi müsbət nəticə göstərə bilməyib: “İmtahanı vermək üçün 30 sualdan 5-nə düzgün cavab vermək lazım idi. Amma biz yenə də “3”ü o uşaqlara yazmışıq ki, onlar 5 suala cavab verə biliblər. Biz gərək 8-9 suala cavab verənlərə “3” yazaydıq. Əsas məqsədimiz odur ki, uşaqlarımızın biliyini qiymətləndirək. Uşaqları hüququ cəhətdən cəzalandırmaq bizim məqsədimiz deyildi. Ona görə də 5 suala düzgün yaza bilənlərə “3” yazmaq qərarına gəldik. Amma 8 suala düzgün cavab yazanlara “3” qiyməti yazsaydıq, bu halda nə qədər uşağın qiymət almayacağını bütün imtahanlar bitdikdən sonra deyəcəyik”.
M. Abbaszadə IX sinfin buraxılış imtahanlarında bəzi şagirdlərin imtahanda öz ad-soyadlarını da yaza bilmədiyini deyib: “Şagird imtahana gəlirsə, boş kart versə də, onun üzərində adını yazmalıdır. Amma adlarını yaza bilməyən 9-cu sinif şagirdləri olub. Bu rəqəm çox deyil, hər bir rayonda 5-6 adam var. Amma bu faktın olmasının özü də çox acınacaqlıdır”. 

Прочитано 2748 раз