Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 21 Июнь 2012 14:21

Prezident İlham Əliyev: “Uşaqlar ya ac qalır, ya da evlərindən yemək gətirirlər. Bu, dözülməz haldır”.

Ilham Aliyev konfrans“Əgər hər hansı bir bağçada yeməklə problem varsa, verilmir, ya keyfiyyətsiz verilir, valideynlər Prezident Administrasiyası, Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər”

Bunu Azərbaycan prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində deyib.

Prezident Proqramın icrasına nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib: “İşlərin böyük əksəriyyəti keyfiyyətlə görülür. Ancaq son bir il ərzində - keçən ilin may ayından bu günə qədər keçən dövr ərzində siqnallar gəlib ki, bəzi işlər keyfiyyətsiz görülür. Məktəblər keyfiyyətsiz tikilir. İşlər keyfiyyətsiz görülür. Əlbəttə ki, burada ciddi nəzarət olmalıdır. Keyfiyyətə nəzarət olmasa, bu işin heç bir əhəmiyyəti olmayacaq. Biz əlbəttə ki, bütün işləri qısa müddət ərzində görməliyik, ancaq böyük keyfiyyətlə. Ayrılan vəsaitə də qənaətlə yanaşmaq lazımdır. Ən səmərəli yanaşma burada tətbiq edilməlidir. Görüləsi işlər hələ çoxdur”.

Prezident çıxışında infrastruktur məsələlərinə, xüsusən uşaq bağçalarının vəziyyətinə xüsusi diqqət yetirib: “Bu sahədə hələ görüləsi işlər çoxdur. Çünki indiki uşaq bağçalarının, burada olan uşaqların sayı bizi qane etmir. Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyildir. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər. Bu da bir yoldur”.

Prezident artıq beş ildir ki çadır şəhərciklərinin ləğv edildiyini, yataqxanalarda məskunlaşmış soydaşlarımızın evlərə köçürülməsi prosesinin getdiyini vurğulayıb. Onun qənaətinə görə, fin evlərində, o cümlədən uşaq bağçalarında yaşayan köçkünlər də normal şəraitlə təmin edilməlidir. “Həm Qaçqınkom, həm Bakı Şəhər İcra Hakimiyyəti birgə baxsınlar, bir cədvəl tutsunlar ki, biz soydaşlarımızı o uşaq bağçalarından yeni evlərə köçürək, bu bağçaları isə uşaqların sərəncamına verək. Elə hallar var ki, bağçanın bir hissəsində uşaqlar qalır, bir hissəsində isə qaçqın ailələri. Buna artıq dözmək olmaz. Amma yenə də deyirəm, biz köçkünləri ancaq o vaxt köçürə bilərik ki, onlar üçün lazımi şərait yaradılsın” - deyə, dövlət başçısı söyləyib.

“Mən çox narahatam və gələn siqnallar da onu göstərir ki, uşaqlara heç aşağı səviyyəli normativlər də verilmir. Uşaqlar ya ac qalır, ya da evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır. Mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər” – deyə, İlham Əliyev fikrini tamamlayıb. 

Прочитано 2255 раз