Azərbaycan prezidenti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan prezidenti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. APA-nın məlumatına görə, dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Azərbaycanda 20 Yanvar faciəsindən 24 il ötür
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.
Heydər Əliyev Fondu Budapeştdə korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunu inşa edəcək
Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Fonddan APA-ya verilən məlumata görə, humanitar layihələrdən biri Macarıstanda gerçəkləşəcək. Fond Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunu inşa edəcək.
“Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti
Dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində start verdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi.
İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının sonunda Bakı Bəyannaməsi qəbul edilib
Sənəddə Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində zərər çəkən uşaqlarla bağlı bənd də var
Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı işini başa çatdırıb. APA-nın xəbərinə görə, konfransın yekununda İslam ölkələrinin uşaq məsələlərinin həllini özündə əks etdirən Bakı bəyannaməsi qəbul edilib.
Səslər hesablandı, qalib mahnılar müəyyənləşdi...
Noyabrın 5-də “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyətinin Bakı Musiqi Akademiyasının səsyazma studiyasında üç həftə davam edən gərgin fəaliyyəti başa çatdı. Səslər hesablandı, qalib mahnılar müəyyənləşdi. Qalib mahnıların adları “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun qala-konsertində açıqlanacaq.