Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 27 May 2014 11:40

Azərbaycan xalqı Respublika Gününü qeyd edir

Respublika-gunu-28-May-main28 May Azərbaycanın tarixinə Respublika günü kimi daxil olub və xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün -1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır.

Irada Yaubova-itv radioMayın 20-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Radionun “Yeni gün” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə söhbət uşaq mahnıları, onların dünəni, bu günü və sabahı haqqında gedib, həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi və cəmiyyətdə maraqla qarşılandığı “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin mahnıları, o cümlədən qalib mahnılar səsləndirilib.

Bir saat davam edən canlı yayım zamanı İradə Yaqubova dinləyicilərin suallarını cavablandırmış və təşkilatın 2014-cü ildə start verdiyi layihələr haqqında ətraflı məlumat vermişdir. Belə ki, Mərkəz cari ilin may ayının 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında “Azərbaycanın mədəni irsinin inkişafına dəstək” mövzusunda layihəyə başlamışdır. Bununla bərabər, ELS mayın 15-dən Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə elan olunmuş Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinin təşkilatı dəstəyini  həyata keçirir, İradə Yaqubova isə Təşkilat Komitəsinə sədrlik edir.

 

İctimai Radionu dinlə

sinav 31Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri bu gün saat 17:00-dan etibarən açıqlanıb.

ushaqlar-siginacaqAzərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin və Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın tikinti işlərinin bu ilin ikinci yarısında başa çatdırılması nəzərə tutulur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması məqsədinə xidmət edəcək.

Çərşənbə axşamı, 13 May 2014 13:24

Dərs ilinin uzadılmasının səbəbləri açıqlanıb

mekteb5246APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov dərs ilinin uzadılmasının iki əsas səbəbdən qaynaqlandığını bildirib: “Birincisi, müqayisəli təhsil onu göstərir ki, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. 8 həftə çox uzun müddətdir. Biz bu mərhələdə dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq. Amma dərs ilinin bu qədər qısa olması şagirdin nailiyyətinə, habelə təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

SilahAzərbaycanda orta məktəblərin təlim silahları və atış trenajorları ilə təchizatı planlaşdırılır. Bu barədə APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib. Hazırda bu istiqamətdə Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə danışıqların aparıldığını deyən Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin bu ehtiyacları qarşılamaq imkanında olduğunu vurğulayıb.

62 -dən səhifə 107