Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 12 Noyabr 2013 16:59

İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının sonunda Bakı Bəyannaməsi qəbul edilib

d481829685a69f2a14a6305598ede92fSənəddə Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində zərər çəkən uşaqlarla bağlı bənd də var

Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı işini başa çatdırıb. APA-nın xəbərinə görə, konfransın yekununda İslam ölkələrinin uşaq məsələlərinin həllini özündə əks etdirən Bakı bəyannaməsi qəbul edilib.

 

İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri bildirib ki, bəyannamədə uşaqların təhsil, tibbi xidmətlərə birbaşa çıxış imkanlarının əldə edilməsi, onların sosial hüquqlarının müdafiəsi öz əksini tapıb. Onun sözlərinə görə, islam ölkələrində küçə uşaqlarının problemləri araşdırılır və onun qarşısının alınması ilə bağlı məsələlər də yekun sənəddə yer alıb: “Bakı bəyannaməsində ən aktual məsələ olan Dağlıq Qarabağda münaqişə və onun nəticəsində zərər çəkən uşaqların həyatları ilə bağlı bənd var. Həmin bənddə Azərbaycan torpaqlarının işğal olunması qeyd olunub və orada zərər çəkən uşaqlarla bağlı digər məlumatlar öz əksini tapıb”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, bu konfransın yekunu olaraq imzalanmış bəyannamə də öz növbəsində gərgin zəhmətin və dolğun müzakirələrin bariz nümunəsidir. H.Hüseynova bu bəyannamədə göstərilən məsələlərin bəşəri əhəmiyyət daşıdığı üçün BMT-nin və Avropa Şurasının fəaliyyətinə daxil olması barədə təklif irəli sürülməsini vacib hesab edib.

Konfransın sonunda AQUPDK-nin sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri konfransın işinə xüsusi dəstək verdiyinə görə Azərbaycan prezidenti İlham Əliyev və UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonda konfrans iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Oxunub 1769 dəfə