İkinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşası keçirilib
Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşası olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub
Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının sentyabrın 30-da təntənəli bağlanış mərasimi olub. Tədbirdə mədəniyyət naziri, ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir. 2019-2020-ci dərs ili üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı 5900-dən çox, qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıqdır. Hazırda qeydiyyat prosesi davam edir.
"Açılan divarlar" və "Ümidin yaradılması" layihələrinin təqdimat mərasimi keçirilib
Sentyabrın 30-da Nəsimi festivalı çərçivəsində Qala qəsəbəsində "Açılan divarlar" ictimai incəsənət layihəsinin təqdimatı olub. Trend-in məlumatına görə, layihənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb
Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib.
Paytaxt oxucuları üçün yeni kitab ünvanı
Sentyabrın 27-də Bakının Yasamal rayonu ərazisində "Azərkitab" kitab mərkəzinin açılış mərasimi keçirildi. Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.