Uşaqlar arasında ən çox rast gəlinən pozuntular: görmə zəifliyi, skolioz və danışıq qüsuru
Azərbaycandasonillərərzində uşaqlarınprofilaktikmüayinəsiaparılarkənonlardadaha çoxgörmə qabiliyyətininzəifləməsi, danışığındaqüsurunolması, onurğasütunundaskoliozunaşkarlanması ilə bağlı problemləraşkarlanır. Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 2 milyon 430 min 900 uşaq profilaktik müayinəyə cəlb edilib.
Dövlətin qayğısı bizi Azərbaycanın və uşaqlarımızın rifahı naminə daha çox işləməyə ruhlandırır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
“Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.
Moskvada Nəsiminin heykəlinin açılışı olacaq
Oktyabrın 30-da Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı iləAzərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin heykəlinin açılış mərasimi keçiriləcək. İmadəddin Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb. Məlumatı “Vestnik Kavkaza” yayıb.
Haqq mənəm, haqq məndədi...
Beynəlxalq Muğam Mərkəzində "Haqq mənəm, haqq məndədi" adlı bədii-musiqili gecə keçirilib. Trend Life xəbər verir ki, Muğam Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə birgə təşkilatçılığı ilə "Haqq mənəm, haqq mənliydi" adlı gecə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur.
Müslüm Maqomayevin xatirəsi yad olunub
Görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatından 11 il ötür. Bu münasibətlə oktyabrın 25-də I Fəxri xiyabanda dünyaşöhrətli musiqiçinin məzarı ziyarət olunub. Məlumatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı yayıb.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri Sergey Stepanov və tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.