“Mən anamı çox sevirəm” çarxı qalib oldu - VİDEO
Noyabrın 21-də “Azərbaycan ailəsi-2019” film festivalının mükafatlandırılma mərasimində “Ən yaxşı sosial çarx” nominasiyası üzrə ssenari müəllifi və rejissor Səbinə Haqverdiyevanın “Mən anamı çox sevirəm” klipi qalib gəlib.
41 iştirakçı tərəfindən 49 film təqdim olunub ki, bunlardan 47-i müsabiqəyə buraxılıb. Təşkilat Komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 6 sosial çarx və vətənpərvərlik mövzusunda filmlər təqdim olunmuşdur.
Xatırladaq ki, festival Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və 2018-ci ildən Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, Səbinə Haqverdiyeva Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində keçirdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin “Yeni nəsil” nominasiyası üzrə qalibi olmuşdur.