Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur. Trend-in məlumatına görə, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir
Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir. Trend-in məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb
Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib. Trend-in məlumatına görə, anemiya Azərbaycanda doğuşu ağırlaşdıran və hamiləliyi başa çatan qadınlarda rast gəlinən ən əsas xəstəlikdir.
Əliyev Paşinyanın cavabını verdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”
Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. “Qafqazinfo”nun məlumatına görə, ölkə başçısı Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verib.
“Pəncərədən düşən işıq” sənədli filminin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb
Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub. Film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.
Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Valideyn himayəsindən məhrum uşaqlar müharibə və əmək əlilləri üçün pansionatın sakinlərini ziyarət edib
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibəti ilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ziyarət edilib.