Azərbaycanda Əminə Dilbazinin 100 illik yubileyi keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin 2019-cu ilin dekabr ayında 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib
Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq. Münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.
Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.
Məktəblərdə dərsliklərin paylanılması başa çatıb
Bütün ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşıb. Trend-in məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib.
Bakıda 7 məktəbin binası sökülərək yenidən tikilir
2019-2020-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etdirilir. İdarədən Trend-ə verilən məlumata görə, 1 təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.
Azərbaycanda 1-ci sinif şagirdlərinin dərslikləri çəkisinə görə fərqlənəcək
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb. Məlumatı Təhsil Nazirliyinə istinadən Trend İA yayıb.
Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.