Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2017 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

İlk dəfə məktəbə gedən uşaqlara məktəb ləvazimatları paylanılıbSentyabrın 9-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2015-2016-cı tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov ilk növbədə bu il Bakıda məktəbə gedən bütün uşaqlara müvəffəqiyyət arzulayıb. O bildirib ki, BŞGİBİ artıq 9 ildir ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqları məktəbli çantası və məktəb ləvazimatları ilə təmin edir.

Sonda ilk dəfə məktəbə gedən 150 uşağa Baş İdarə tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılıb.

Texniki-Humanitar LiseyiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, təhsil ocağının binası 1963-cü ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada...

Diqqet ushaqlarDaxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar keçiriləcək təhlükəsizlik aylığı sentyabr ayının 10-dan oktyabrın 10-dək davam edəcək.

Məlumatda qeyd olunur ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması...

Temiz shəhərÖtən həftə sonu onlarla uşaq Böyükşor bulvarında gül-çiçək əkib. Onlar “Təmiz Şəhər” ASC və “Parks&Gardens” jurnalının təşkil etdiyi “Gül kimi” aksiyasına qoşulmaqla həm vaxtlarını səmərəli keçiriblər, həm təbiətə qulluq etməyi öyrəniblər.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, mütəxəssislər 2 gün boyunca uşaqlara gül əkmək, ona qulluq etmək qaydalarını öyrədiblər. Çiçək ləkləri və bağ avadanlıqları ilə təchiz olunan uşaqlar bulvarda gül əkib və onları sulayıblar. Balacalar bundan sonra da istədikləri zaman Böyükşor bulvarına gedib həmin güllərə qulluq edə bilərlər...

Yurdum-Yuvam-meskenimsen“Addım” Gənclər Təşkilatı və Gənclər üçün Təhsil Mərkəzi yeni tədris ili ərəfəsində Lənkəran Mədəniyyət Mərkəzinin həyata keçirdiyi "Yurdum, yuvam, məskənimsən-Azərbaycanım!" adlı layihəyə qatılıb. AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun yaşayış məntəqələrində həyata keçirilən layihənin məqsədi milli-mədəniyyət nümunələrimizi təbliğ etmək və gənclərdə vətənpərvərlik hissini daha da gücləndirməkdir.

Layihə çərçivəsində növbəti tədbir Lənkəran rayonunun Nərimanabad qəsəbəsində və Şağlaser kəndində təşkil olunub. Tədbirdə Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin...

Bazar ertəsi, 24 Avqust 2015 10:18

Yeni dərs ilinə hazırlıq işləri yekunlaşır

ders vesaitiAzərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi məlumata görə, 2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV,VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.Bundan IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə çatdırılıb. VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllim üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir.

Bundan əlavə, bir il öncədən 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur. 

10 -dən səhifə 76