Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 01 May 2014 14:37

“ELS” yeni layihəyə başlayır

ELS"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2014-cü il mayın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinə start verir.

Ushaqlar-kitabxanaAilə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu üçün hazırlıq prosesinə başlayıb. Komitədən APA-ya verilən məlumatlara görə, cari ilin oktyabr ayında Azərbaycan Uşaqlarının III Forumunun keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar ölkə üzrə bütün şəhər və rayonların hər biri üzrə Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə Komitə tərəfindən regional görüşlər keçirilir.

Birinci-siniflerBakı şəhərində lisey və gimnaziyalara şagird qəbulu prosesinin optimallaşdırılması nəzərdə tutulur. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, dəyişikliyə əsasən lisey və gimnaziyalarda xüsusi qrafikin tərtib olunması planlaşdırılır. O bildirib ki, I sinfə uşaq qəbul edəcək lisey və gimnaziyalarda bu işi nizamlamaq, tənzimləmək, qəbul prosesində aşkarlığı və obyektivliyi təmin etmək üçün nazirliyin nümayəndələri seçim prosesində iştirak edəcək: “Müəyyən lisey və gimnaziyalara şagird qəbulu müəyyən müsabiqə və ya müsahibə əsasında aparılır. Mövcud qaydalar bu il də qüvvədədir və liseylər, gimnaziyalar həmin qaydalar əsasında şagirdləri seçəcəklər”.

Reshid-ShefeqAprelin 7-də  ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə cari ilin mayın 1-dən həyata keçiriləcək “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsi çərçivəsində bəstəkar, əməkdar incəsənət xadimi Rəşid Şəfəqlə görüşüb. Xatırladaq ki, ELS Müstəqil Araşdırmalar Mərkəzi ötən il həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin davamı kimi qalib mahnılardan ibarət disklərin buraxılışı, notların dərcini və bu toplunun uşaqlara və uşaqlarla işləyən peşəkarlara çatdırılmasını nəzərdə tutmuşdur.

Nazim Kazimov“ELS” Müstəqil Araşdırmalar Mərkəzi ömrünün 45 ilini elmi-pedaqoji fəaliyyətə həsr edən əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımovu ad günü münasibətilə təbrik edir.

Milli musiqimizin təbliği, həmçinin gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində əlindən gələni edən Nazim müəllim dörd ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin gənc nəslin mədəni-mənəvi inkişafına yönəlmiş layihələrində yaxından iştirak edir. Ötən il o, Mərkəzin keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika  Müsabiqəsinin Münsiflər Heyətinin üzvü olmuşdur. Nazim müəllim özünün gərgin iş qrafikinə baxmayaraq Münsiflər Heyətinin hər toplantısında iştirak edərək yeni uşaq mahnılarının seçimi prosesində töhfələrini vermişdir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Azərbaycanın əməkdar incəsənət xadimi, professor, dostumuz Nazim müəllim Kazımova möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır!

ekskursia 251213 09Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar arasında başladığı ekskursiya layihəsi davam edir. Mərkəzdən APA-ya verilən məlumata görə, artıq layihə çərçivəsində 30 minədək uşaq və yeniyetmə qrup şəklində Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.

64 -dən səhifə 107