“ELS” Müstəqil Araşdırmalar Mərkəzi təbrik edir!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi ömrünün 45 ilini elmi-pedaqoji fəaliyyətə həsr edən əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımovu ad günü münasibətilə təbrik edir.
Milli musiqimizin təbliği, həmçinin gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində əlindən gələni edən Nazim müəllim dörd ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin gənc nəslin mədəni-mənəvi inkişafına yönəlmiş layihələrində yaxından iştirak edir. Ötən il o, Mərkəzin keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin üzvü olmuşdur. Nazim müəllim özünün gərgin iş qrafikinə baxmayaraq Münsiflər Heyətinin hər toplantısında iştirak edərək yeni uşaq mahnılarının seçimi prosesində töhfələrini vermişdir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Azərbaycanın əməkdar incəsənət xadimi, professor, dostumuz Nazim müəllim Kazımova möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır!