Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 04 Oktyabr 2019 15:26

Əliyev Paşinyanın cavabını verdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”

presidentPrezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. “Qafqazinfo”nun məlumatına görə, ölkə başçısı Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verib.

“Son vaxtlar Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlamı mövcud deyil. Dağlıq Qarabağın əhalisi var ki, onlar da münaqişəyə qədər bərabər hüquqlara malik Azərbaycan və Ermənistan əhalisindən ibarət olub. Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

Ermənistanın Azərbaycan qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən münaqişə zonasından uzaqda olan Qazaxın dinc sakini vurulub. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı qız uşağı daxil olmaqla Azərbaycanın altı dinc sakini öldürülüb.

Mən Ermənistan Baş Nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ - Azərbaycandır və nida işarəsi”.

Oxunub 1776 dəfə