Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 25 Декабрь 2012 10:14

Leyla Əliyeva uşaq evinin və qızlar yataqxanasının sakinləri ilə görüşüb

Leyla Eliyeva Ushaqlar evindeYeni il ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun təşəbbüsü ilə Nərimanov rayonunda yaradılan Uşaq Psixonevroloji Mərkəzinə gedərək uşaqlarla görüşüb. Balacaların şəraiti ilə maraqlanan Leyla Əliyeva Mərkəzdə yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqların Yeni il bayramı üçün hazırladıqları səhnəciklərə tamaşa edib. Heydər Əliyev Fondunun bayram hədiyyələri isə balacaların sevincini daha da artırıb.

Sonra Leyla Əliyeva Mərkəzdə yaradılmış şəraitlə maraqlanıb. Ona məlumat verilib ki, 100 çarpayılıq Mərkəzdə uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdə psixoloq, okulist, psixonevroloq, kiçik manipulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları var. Burada autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Bunun üçün burada bütün lazımi avadanlıq var. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Leyla Əliyeva balacalarla söhbət edib, onların istək və arzuları ilə maraqlanıb.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evində də olub. Uşaq evinin sakinlərindən ibarət vokal qrupu və “Azəri” rəqs ansamblı Leyla Əliyevanı maraqlı çıxışları ilə qarşıladılar. Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlara hədiyyələr təqdim edib. Qonaqlar kiçik yaşda olan uşaqların qrupunda da olublar. Balacalar onları maraqlı çıxışlar və şeirlərlə salamlayıblar. Burada 3 yaşdan 18 yaşadək 140 uşaq yaşayır.

Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü ildən bu uşaq evinə hərtərəfli dəstək göstərir. 2005-ci ildə bu uşaq evi Fondun təşəbbüsü ilə yenidən qurulub.

Uşaq evində kompüter otağı da fəaliyyət göstərir. Rəsm otağı ilə tanışlıq zamanı bildirilib ki, burada təlim-tərbiyə alan balacalar arasında çoxlu istedadlı uşaqlar var. Heydər Əliyev Fondunun dəstəyi ilə balacalar Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, Belarus və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq yarış, festival, müsabiqə və tədbirlərdə iştirak etmiş, diplomlar və mükafatlar qazanıblar.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva uşaq evinin sərgi studiyasında olub. Uşaqların əl işləri ilə tanışlıq zamanı məlumat verilib ki, burada xalçaçılıq, rəssamlıq, informatika, kompüter və digər dərnəklər fəaliyyət göstərir. Uşaq evinin sakini Əli Cəlilov toxuduğu xalçanı Prezident İlham Əliyevin ad günü münasibətilə Leyla Əliyevaya təqdim edib.

Daha sonra Leyla Əliyeva 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən qızlar yataqxanasında olub. Yataqxanada 50 mənzil var və burada 18 yaşı tamam olandan sonra uşaq evindən ayrılan 100 qız yaşayır. Burada çay süfrəsinə qonaq olan Leyla Əliyeva qızlarla söhbət edərək onlara Yeni ildə uğurlar arzulayıb. 

Leyla Eliyeva Ushaqlar evinde 2Leyla Eliyeva Ushaqlar evinde 1

Прочитано 2345 раз