Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 08 Июль 2014 15:25

“ELS” Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstəklə bağlı yeni təkliflər irəli sürüb

2014.07.08İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyati dövlət strukturlarının təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin təqdimatı keçirilmişdir. Təqdimat 

 

 

FOTOQALEREYA

Mərkəzin rəhbəri İradə Yaqubova layihə çərçivəsində uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu və audiodiskdən ibarət toplumun tərtibi və buraxılması nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə, toplum Bakı və Sumqayıt şəhərlərinin uşaq baxçalarına çatdırılacaq və bu məqsədlə Bakı və Sumqayıt Şəhər İcra Hakimiyyətləri ilə payızda birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə edilmişdir.

Tədbirdə layihənin təqdimatı ilə yanaşı mədəni irsimizin qorunması, tətbiqi, o cümlədən ibtidai siniflərdə musiqi, texnoıogiya, təsviri sənət və bədən tərbiyəsi fənlərinin tədrisi ilə bağlı aparılmış monitorinq və araşdırmanın nəticələri təqdim olundu, hazırlanmış təkliflər paketi müzakirəyə çıxarıldı.

Ümümtəhsil məktəblərinin ibtidai siniflərində musiqi fənninin tədrisinə dair Mərkəzin keçirdiyi monitorinqin nəticələrini açıqlayan İ.Yaqubova “İbtidai sinif müəllimlərinin musiqi fənninin tədrisində peşəkarlığı ilk növbədə təhsil müəssisələrində aldıqları biliklər və bacarıqlardan asılıdır, lakin araşdırmalarımızın nəticələrinə əsasən bu məsələdə problemlərin mövcudluğunu və bunun ilk növbədə tədris planlarında saat yüklərinin azaldılması ilə bağlıdır” - deyə, bildirdi. O, musiqi dərslərinin tədrisində müşahidə olunan uyğunsuzluqlar, o cümlədən sinif otaqlarının musiqi alətlərinin təmin edilməməsi və araşdırma nəticəsində aşkar edilmiş digər problemlərdən söhbət açdı.

Sonra Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Dilarə Əliyeva, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, ADPU-nin musiqi alətləri kafedrasının müdiri Minarə Dadşova tədris prosesində, o cümlədən dərsliklərdəki uyğunsuzluqlar və nöqsanlardan danışdılar. Təhsil Problemləri İnstitutunun təmsilçisi Natiq Axundov həqiqətən də məktəblərdə musiqi, əmək və idman dərslərinin ikinci plana keçdiyini etiraf etdi və bildirdi ki, ümumtəhsil məktəblərində musiqiyə olan münasibəti kökdən dəyişdirmək lazımdır. Məktəblərdə musiqi alətlərinin olmamasına gəlincə, Natiq Axundov bunu maddi-texniki baza ilə əlaqələndirdi. O ki qaldı son illər musiqi, əmək və idman dərslərinin ibtidai sinif müəllimlərinə həvalə edilməsinə, o, “Təhsil Problemləri İnstitutu icraçıdır, sifarişçi Təhsil Nazirliyidir” - deyə, çıxışını yekunlaşdırdı.

Tədbirin sonunda mövcud problemlərin aradan qaldırılması üçün birgə müraciət haqqında razılıq əldə olundu. 

Прочитано 1689 раз