Bakıda bəzi ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirilib
Yeni tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən Bakının mərkəzində yerləşən ali təhsil müəssisələri üçün fərqli iş qrafikləri müəyyənləşdirilib.
APA-nın məlumatına görə, Azərbaycan Texniki Universitetində bu tədris ilində dərslər öncəki tədris illərində olduğu kimi saat 8:30-da deyil, saat 9:00-da başlayacaq.
Azərbaycanda “Bilik günü”dür
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək. Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaq. Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.
O cümlədən, kurrikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar...
Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb. Bildirib ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur...
Üzeyir Hacıbəylinin xatirəsi ABŞ Konqresində ilk dəfə anılıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 sentyabr tarixli plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlkumata görə, bu münasibətlə ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib. Çıxışın nüsxəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Çıxışının əvvəlində 18 sentyabr tarixinin “Üzeyir Hacıbəyli Günü” kimi tanındığını bildirən konqresmen, ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb...
Yeni dərs ilinə hazırlıq işləri yekunlaşır
Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi məlumata görə, 2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV,VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.Bundan IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə çatdırılıb. VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllim üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir.
Bundan əlavə, bir il öncədən 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Sülh naminə əməkdaşlıq-hamı üçün şərəfdir.
1981-ci ildə 36/67 saylı qətnamə ilə BMT-nin Baş Assambleyası Beynəlxalq Sülh Gününü təsis etmişdir. Bu sənədə görə sentyabr ayının hər üçüncü çərşənbə axşamı, Baş Assambleyanın açılış günü rəsmi olaraq Beynəlxalq Sülh Gününə həsr edilir və qetd edilir. İlk Beynəlxalq Sülh Günü 1982-ci ilin sentyabr ayında qeyd edilmişdir. 2001-ci ildə isə Baş Assambleya yekdilliklə Beynəlxalq Sülh Gününün 2002-ci ildən hər il sentyabr ayının 21 tarixindən zorakılıq və atəşkəs günü kimi qeyd olunmasına dair 55/282 saylı qətnamə qəbul etmişdir.
Bütün ölkələr və xalqlara həmin Gün hərbi əməliyyatların dayandırılması və ya sülhə həsr olunmuş təhsil və ictimai məlumatlandırıcı aksiyaların keçirilməsi təklif olunmuşdur. Bu il Beynəlxalq Sülh Günü cəmiyyətin bütün təbəqələrinin sülh naminə birgə fəaliyyətinin vacibliyini nəzərə çarpdırmaq məqsədilə “Sülh naminə əməkdaşlıq-hamı üçün şərəfdir” mövzusuna həsr edilmişdir.