Oqtay Zülfüqarovun 85 yaşı təntənəli şəraitdə qeyd olunub
Ötən gün Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Azərbaycanın xalq artisti Oqtay Zülfüqarovun yubiley gecəsi keçirilmişdir. Gecənin qonaqları konsertdən əvvəl Filarmoniyanın foyesində bəstəkarın həyat və yaradıcılığından bəhs edən fotəsərgi ilə tanış oldular.
Azərbaycanda son 5 ildə yeni doğulan körpələrə ən az hansı adlar qoyulub?
Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında azlıq təşkil edənlərin siyahısı açıqlanıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, son 5 ildə doğulan oğlan uşaqlarına ən az Ülvi adı verilib. Bu ad son 5 ildə 1235 nəfərə qoyulub. Oğlan adları arasında populyarlıq qazanmayan digər adlar Süleyman (1247), Elvin (1315), Raul (1350) və Fuaddır (1365). Ötən 5 il ərzində yeni dünyaya gələn qızlara ən az Ayla adı qoyulub.
Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub
Şamaxıda millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş IV Bədii Qiraət müsabiqəsinə yekun vurulub.
AVCİYA-dan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən SAMF-ın sədri Musa Yaqub bildirib ki, dördüncü dəfə keçirilən müsabiqənin final turunda 205 nəfər iştirak edib. O deyib ki, AVCİYA-nın prezidentinin təşəbbüsü ilə hər ay 31 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S. Ə. Şirvani adına təqaüd verilir.
Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü artıq 63 ildir dünyada qeyd olunur. Gün.Az xəbər verir ki, iyunun 1-i uşaqların müdafiəsinə həsr etmək haqda qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Hazırda ölkəmizdə 3 milyon uşaq yaşayır. Onların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir. Uşaqlarla bağlı dünyada çoxsaylı problemlər mövcuddur. Beynəlxalq təşkilatların məlumatına görə, dünyada hər saniyədə onlarla uşaq acından ölür.
ELS təbrik edir!
Oqtay Zülfüqarov - 85
Mayın 31-də, bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Oqtay Zulfüqarov 85 yaşını qeyd edir. 500-dən artıq artıq bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin ürəyinə yol tapmış bəstəkar bu gün də yaradıcılıq axtarışındadır. Həmçinin onun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği, gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində gördüyü işlər danılmaz və çoxşahəlidir.
Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” səsləndi
APA-nın xəbərinə görə, hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında müəyyən dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” dünən çalınıb. Bu gün isə tədris həftəsi 6 günlük olan orta məktəblərdə “Son zəng” tədbiri keçirilir. Saat 10:00-da başlayacaq “Son zəng” tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq.