Prezident İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib
Prezident İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Səhiyyə Nazirliyinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq
Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq.
Buraxılış imtahanında XI sinif şagirdlərinin 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat”dan “2” qiyməti alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 8-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı məktəb direktorlarına xəbərdarlıq edib
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərinin rəhbərlərinə müraciət edib. BŞTİ-dən APA-ya verilən xəbərə görə, Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun tarixlərində müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq.
Bu gün Azərbaycanda ilk buraxılış imtahanları keçirilir
Bu gün Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün ilk buraxılış imtahanları keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, IX və XI siniflər üçün ilk buraxılış imtahanı Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda aparılır.
Hansı musiqi uşaqların inkişafını sürətləndirir?
Tel-Aviv-dən olan bir qrup alim musiqinin uşaqların artım prosesinə təsir göstərdiyini sübüt edib. Tədqiqatlar zamanı alimlər körpələrə hansı musiqiyə qulaq asmağın daha faydalı olduğunu müəyyənləşdiriblər. Tədqiqatlar göstərib ki, Mosartın əsərləri vaxtından qabaq doğulmuş uşaqlarda maddələr mübadiləsini azaldır ki, bu da çəkinin daha tez artmasına səbəb olur.
Belə ki, musiqiyə cəmi 10-30 dəqiqə ərzində qulaq asmaq maddələr mübadiləsini 13% azaldır. Bu tədqiqat yalnız Motsartın əsərlərinin istifadə ilə keçirilmişdir. İstisna deyil ki, başqa əsərlər də oxşar təsir göstərəcək.